Qətərdə İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının fövqəladə Birgə Zirvə Toplantısı açılıb
Tarix: 15-09-2025 | Saat: 20:43
Bölmə:Özəl | çapa göndər

Sentyabrın 9-da İsrailin Qətərdə HƏMAS danışıqlar qrupuna hücumundan sonra toplanan İslam Əməkdaşlıq Təşkilatı (İƏT)-Ərəb Liqası Birgə Fövqəladə Zirvə toplantısı Qətərin paytaxtı Dohada başlayıb.
Zirvə toplantısında prezident Ərdoğan, həmçinin İƏT və Ərəb Liqasına üzv ölkələrin dövlət və hökumət başçıları iştirak edib.
Ailə şəkili çəkdirdikdən sonra tədbirdə iştirak edən dövlət və hökumət başçıları zirvə zalına keçiblər.
Prezident Ərdoğan Qətərdə
Sammitdə İsrailin 9 sentyabrda Qətərdə Həmas danışıqlar qrupuna hücumu, həmçinin Qəzza və İordan çayının qərb sahilində davam edən soyqırım fəaliyyətləri, işğal və ilhaq əməliyyatları müzakirə olunacaq.
Üçüncü Fövqəladə Birgə Zirvə Toplantısı
Dövlət başçıları səviyyəsində keçiriləcək sammit İsrailin 9 sentyabrda Dohaya hücumundan sonra və İƏT Xarici İşlər Nazirləri Şurasının hazırkı sədri Türkiyənin dəstəyi ilə keçirilir.
Zirvə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzzaya hücumları və onun Livan, Suriya, Yəmən və İran kimi regional ölkələri əhatə etməsindən sonra keçirilən İƏT-Ərəb Liqasının üçüncü Fövqəladə Birgə Zirvə toplantısı olacaq.
Ərəb və İslam ölkələrinin xarici işlər nazirlərinin dünən keçirilən hazırlıq iclasında İƏT-Ərəb Liqası fövqəladə Zirvə toplantısının gündəliyi müəyyən edilib.
Hücumda 6 nəfər həlak olub
Sentyabrın 9-da İsrail ordusu Dohada Həmas danışıqlar qrupunun yerləşdiyi binaya döyüş təyyarəsi ilə hücum edib.
HƏMAS rəhbərliyi hücumdan sağ çıxıb, lakin hücumda altı nəfər həlak olub: Həmas Siyasi Bürosunun üzvü Xəlil əl-Həyyanın oğlu, dörd Həmas üzvü və bir Qətər polisi.
İsrailin baş naziri Benyamin Netanyahu sentyabrın 10-da verdiyi açıqlamada Qətəri yeni hücumla təhdid edərək, "Ya onları deportasiya edin, ya da ədalətə təhvil verin. Əgər etməsəniz, edəcəyik" deyib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər