Mobil versiya
İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS liderlərinə hücumla hədələdiyini təkrarlayıb
Tarix: 11-09-2025 | Saat: 22:25
Bölmə:Özəl | çapa göndər

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS liderlərinə hücumla hədələdiyini təkrarlayıb

İsrailin baş naziri Benyamin Netanyahu sentyabrın 9-da Qətərə endirilən hava hücumundan sonra növbəti dəfə Həmas liderlərini hədəf alacağı ilə hədələyib.
1965-ci ildə Mossad agenti Eli Koenin Suriyada tutularaq edam edilməsi ilə bağlı keçirilən tədbirdə çıxış edən Netanyahu HƏMAS rəhbərliyini hədəf alacaqlarını bildirib.

İsrailin baş naziri Netanyahu Qətərə növbəti hücumla hədələyib
7 oktyabr hücumunu törədənlər üçün "təhlükəsiz sığınacaq yoxdur" deyən Netanyahu, "Mesaj aydındır: Sizin sığınacağınız yoxdur. Sizə çata bilməyəcəyimiz yer yoxdur" dedi.


Baş nazir Netanyahu dünən bildirib ki, Qətər Həmas rəsmilərini deportasiya etməsə, onlar yenidən ölkəni hədəfə alacaqlar.

Sentyabrın 9-da İsrail ordusu Qətərin paytaxtı Dohada Həmas danışıqlar qrupunun yerləşdiyi binaya döyüş təyyarəsi ilə hücum edib.

HƏMAS rəhbərliyinin İsrailin sui-qəsd cəhdindən sağ çıxdığını, HƏMAS Siyasi Bürosunun üzvü Xəlil Hayyenin oğlu və HƏMAS-ın dörd üzvünün hücumda öldürüldüyünü açıqlayıb. Qətər də bir polis məmurunun ölümünü açıqlayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-09-2025