ABŞ-ın nəhəng içki şirkəti Dr Pepperdən 18,4 milyard dollara alış!
Tarix: 25-08-2025 | Saat: 17:44
Bölmə:Özəl | çapa göndər

ABŞ-da yerləşən Keurig Dr Pepper Hollandiyalı qəhvə şirkəti JDE Peet's-i 15,7 milyard avroya (18,4 milyard dollar) nağd alacağını elan etdikdən sonra JDE Peet-in səhmləri birjada 18 faiz bahalaşıb.
Keurig Dr Pepper, birləşmiş şirkətin qəhvələrini 100-dən çox ölkədə satmağı hədəflədiyini və içki və qəhvə bölmələrini "mümkün qədər tez" ayırmağı planlaşdırdığını açıqladı
Keurig Dr Pepper-dən verilən açıqlamaya görə, satın alındıqdan sonra qurulacaq və ABŞ-da açıq şəkildə satılacaq Beverage Co.-ya Keurig baş meneceri Tim Cofer, Global Coffee Co.-ya isə Baş Maliyyə Direktoru Sudhanshu Priyadarshi rəhbərlik edəcək.
LSEG məlumatlarına görə, Snapple, 7UP və Green Mountain Coffee kimi markaların sahibi Keurig Dr Pepper, təxminən 48 milyard dollarlıq bazar kapitalına malikdir. Amsterdam Fond Birjasında siyahıya alınmış və Jacobs, L'Or, Tassimo və Douwe Egberts kimi brendlərə ev sahibliyi edən JDE Peet's-in bazar dəyəri cümə gününün bağlanışında 12,8 milyard avro təşkil edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-08-2025