Novruzəli Aslanov: “Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti cənab Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətə hər zaman layiqli töhfələr verir”
Tarix: 25-08-2025 | Saat: 09:23
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə əsasən ölkədə Birinci vitse-prezidentlik institutu yaradıldı. Yeni təsisatın yaradılması Prezident İlham Əliyevin islahatlar kursunun daha bir təzahürü idi. Dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlaməti oldu. 2017-ci ilin fevral ayında Prezident İlham Əliyev böyük etimad göstərərək Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması ilə bağlı sərəncam imzaladı. Qeyd olunmalıdır ki, xeyirxahlığı, nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə Mehriban xanım bu təyinatdan çox-çox öncə artıq xalqın böyük sevgisini qazanmış, milyonların qəlbində özünə möhkəm yer edə bilmişdi. Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarına bütün varlığı ilə bağlı olan, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli daxili və xarici siyasətə hər zaman layiqli töhfələrini verən Mehriban xanım Əliyeva dövlətin ali idarəetmə sistemində ikinci yüksək vəzifəni daşımaq haqqına həm siyasi, həm də mənəvi cəhətdən artıq çoxdan sahib olmuşdu.”
Bu fikirləri apa.az-a verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov səsləndirib.
Millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusilə sosial, humanitar və iqtisadi sahələrdə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində göstərdiyi çoxşaxəli fəaliyyəti dövlətin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və xalqın rifah yüksəlişinə misilsiz töhfələr verir. N.Aslanov Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyevanın özünün peşəkarlığı, zəngin təcrübəsi, yüksək humanizmi, hadisələrə genişmiqyaslı baxışı və onları dərindən təhlil etmək qabiliyyəti ilə Azərbaycan cəmiyyətində qadın siyasi və dövlət xadimlərinin indiyədək durduqları mövqelərdən daha üstün məqamlara çatmaq potensialına sahib olduqlarını nümayiş etdirdiyini və bununla da dövlət idarəçiliyində qadınların rolunun artmasına səbəb olduğunu diqqət mərkəzinə çəkib: “Mehriban xanım Əliyeva ölkəmizdə indiyədək olan qadın ictimai və siyasi xadimləri arasında ilk şəxsiyyətdir ki, öz fəaliyyətilə maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş sahəni əhatə edə bilib. Həm də bütün bu istiqamətlərdə Mehriban xanımın fəaliyyəti eyni səviyyədə yüksək effektivliyi ilə diqqəti cəlb edir. Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması ölkəmizdə idarəçilik sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən işlərə xüsusi dinamika verdi və gələcək inkişaf, müasirləşmə strategiyasının bundan sonra daha çox uğur qazanmasına əhəmiyyətli təkan oldu. Birmənalı olaraq demək lazımdır ki, son səkkiz ildə ölkənin Birinci vitse-prezidenti kimi şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara, daha möhtəşəm nailiyyətlərə imza atan, bu gün isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dövlətimizin başçısı ilə çiyin-çiyinə səfərlər edən və bu torpaqların yenidən dirçəldilməsi yönümündə möhtərəm Prezidentimizin bütün layihə və qərarlarını özünün fədakar fəaliyyətilə dəstəkləyən Mehriban xanım Əliyeva cənab Prezident İlham Əliyevin ən sadiq silahdaşıdır.”
Fikirlərini davam etdirən deputat Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətinin prioritet istiqamətlərindən birinin də həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həll etmək olduğunu vurğulayıb: “Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir. Əsas diqqətini hər zaman sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirən, bütün imkan və bacarığını insanların rifahı naminə humanitar proqramların reallaşmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldən Birinci vitse-prezident köməyə ehtiyacı olan insanlara hər an yardım etməyə daima hazır olub. Bu gün isə Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsini öz canları və qanları bahasına təmin edən qəhrəman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin və müharibə iştirakçılarının sosial-məişət problemlərinin həlli, onların müalicə və reabilitasiyaları ilə bağlı məsələlər Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğı ilə əhatə etdiyi sahələrdir. Xüsusilə Birinci vitse-prezidentinin rəhbərlik etdiyi Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır, onların qayğısına qalır. Fond bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Fondun dəstəyi ilə Vətən müharibəsində ağır yaralanan bir neçə qazimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib. Qazi və şəhid ailələrinin problemlərinin həlli hər zaman diqqətdə olmuşdur. Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən başqa Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı bu insanlar üçün böyük önəm kəsb edir. Həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrinin və Qarabağ qazilərinin, eləcə də onların ailə üzvlərinin sosial təminatının gücləndirilməsi ilə bağlı mühüm işlər uğurla davam etdirilir, bu sahədə sistemli və kompleks tədbirlər həyata keçirilir. Bütün bunlar bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissəsidir. Bu siyasətin effektiv şəkildə həyata keçirilməsində də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusi önəm kəsb edir.”
Daha sonra N.Aslanov Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun daşıdığı qlobal humanitar missiyadan bəhs edib: “Artıq uzun müddətdir ki, ali ümumbəşəri missiyanı həyata keçirən Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan möhtəşəm layihələr bu gün sadəcə Azərbaycanda deyil, eyni zamanda bütün dünyada qlobal humanitar problemlərin həllinə misilsiz töhfələr verməkdədir. Fondun xətti ilə indiyədək Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələ nəticəsində dağılmış təhsil ocağının əvəzində yeni orta məktəb binasının, Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin, Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binalarının inşası, Gürcüstanın Marneuli şəhərindəki Azərbaycan ümumtəhsil məktəbinin, Tiflisdəki M.F.Axundzadə adına orta məktəbin, Qardabanidəki Azərbaycan məktəbi və Dmanisidəki Azərbaycan beynəlxalq orta məktəbinin, Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəbinin binasının əsaslı təmir edilməsi belə layihələrdəndir. Bu gün Heydər Əliyev Fondu ümumbəşəri mədəni irsin qorunması işinə də çox böyük töhfələr verməkdədir. Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, Luvr Muzeyinin bərpası, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundzadənin abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılması, Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmiri və digər ümumbəşəri layihələr icra edilmişdir.”
Sonda millət vəkili Birinci vitse-prezidentin fəaliyyətinin həm ölkə rəhbərliyi, həm də xarici dövlətlər tərəfindən yüksək dəyərləndirildiyini qeyd edib: “Mehriban xanım Əliyeva Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Xarici ölkələrin ali dövlət mükafatları sırasında isə Fransanın “Şərəf Legionu” ordeni, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” və Böyük Xaç Kavaleri ordenləri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı kimi ali beynəlxalq mükafatlar vardır. Bu gün Cənubi Qafqazda erməni faşizmini məhv edərək regionda yeni geosiyasi reallıqlar yaratmış Azərbaycan xalqı Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında və dövlət başçısının ən yaxın silahdaşı olan Mehriban xanım Əliyevanın misilsiz dəstəyi ilə bundan sonra hələ çox möhtəşəm uğurlara, parlaq qələbələrə imza atacaq” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-08-2025