Mobil versiya
33 il əvvəl Bosniya və Herseqovinada edam edilən 224 mülki vətəndaş mərasimlə anılıb
Tarix: 21-08-2025 | Saat: 20:40
Bölmə:Özəl | çapa göndər

33 il əvvəl Bosniya və Herseqovinada   edam edilən 224 mülki vətəndaş mərasimlə anılıb
Bosniya və Herseqovinada 1992-1995-ci illər müharibəsi zamanı 33 il əvvəl Koricanske qayalarında həlak olan 224 bosniyalı və xorvat vətəndaş üçün anım mərasimi keçirilib.
Bosniya və Herseqovinada müharibə zamanı əsir düşərgələrində həbs olunduqdan sonra Serb əsgərləri tərəfindən Koricanske qayalıqlarında edam edilən 224 bosniyalı və xorvat üçün təşkil edilən mərasimdə həlak olanların yaxınları və rəsmilər iştirak edib.


Mərasimdə çıxış edən Bosniya və Herseqovina Konsentrasiya Düşərgələri Dərnəyinin sədri Seid Omeroviç 224 mülki vətəndaşın əvvəlcə kürəyindən güllələndiyini, daha sonra qayalıqlardan atıldığını və sonda bombardman edildiyini bildirib.

Omeroviç bildirib ki, 33 il əvvəl Bosniya və Herseqovinada baş verənlər bu gün də dünyanın müxtəlif yerlərində müşahidə olunur.

Mərasimdə 300 metr hündürlükdəki qayalardan 224 qızılgül atılıb, dualar oxunub.

Priyedordakı Trnopolye həbs düşərgəsindən Travnik şəhərinə aparılan bosniyalılar və xorvatlar 1992-ci il avqustun 21-də Serb qoşunları tərəfindən Koricanske qayalıqlarında edam edilib.

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı, Koricanske Qayalarında qətliam törədən 11 nəfəri cəmi 200 il həbs cəzasına məhkum etdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-08-2025