Mobil versiya
Makron potensial Tramp-Putin-Zelenski zirvəsindən sonra Türkiyə ilə yeni görüşün tərəfdarıdır
Tarix: 19-08-2025 | Saat: 17:27
Bölmə:Özəl | çapa göndər

Makron potensial Tramp-Putin-Zelenski zirvəsindən sonra Türkiyə ilə yeni görüşün tərəfdarıdır

Fransa prezidenti Makron Rusiya prezidenti Putin, Ukrayna prezidenti Zelenski və ABŞ prezidenti Tramp arasında mümkün zirvə görüşündən sonra avropalıların və Türkiyənin iştirakı ilə yeni görüşün keçirilməsinin tərəfdarı olduğunu bildirib.
Fransa prezidenti Emmanuel Makron Ukraynada sülhə nail olmaq üçün Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Donald Tramp arasında potensial üçtərəfli zirvə görüşündən sonra avropalıların və Türkiyənin iştirakı ilə yeni görüşün keçirilməsinin tərəfdarı olduğunu bildirib.

Makron ABŞ prezidenti Trampın ev sahibliyi ilə Ukrayna prezidenti Zelenski və Avropa İttifaqı (Aİ) liderləri ilə Ağ Evdə keçirilən görüşdən sonra mətbuata müraciət edib.

Ukraynada sülhə nail olmaq üçün Vaşinqtonda bir sıra danışıqların razılaşdırıldığını qeyd edən Makron, danışıqların davam etməsi üçün atəşkəs və ya hərbi əməliyyatların dayandırılmasının vacibliyini vurğulayıb.

Ağ Evdəki görüşdə Tramp və Putinin telefonla danışdıqlarını qeyd edən Makron, “İlk növbədə, prezident Zelenski ilə prezident Putin arasında yaxın saatlarda təyin olunacaq bir məkanda bir sıra ikitərəfli görüşlərin keçirilməsi razılaşdırılıb” dedi.

Makron bəyan edib ki, Putin və Zelenski arasında mümkün görüşün ardınca Trampın iştirakı ilə üçtərəfli sammit keçiriləcək.

Əgər bu görüşlər baş tutsa, Makron avropalıların və Türkiyənin iştirak etdiyi dördtərəfli görüşə çağırıb. O, "Mən hətta avropalıların, hətta türklərin də iştirak edəcəyi bir görüş görmək istərdim. Daha doğrusu, təhlükəsizliyi bu münaqişənin nəticələrindən birbaşa təsirlənən hər kəsi əhatə edəcək bir görüş istəyirəm" dedi.

Fransanın TF1 kanalında qonaq qismində çıxış edən Makron bildirib ki, Ukrayna üçün ilk təhlükəsizlik zəmanəti güclü orduya sahib olmaqdır.

İkinci təhlükəsizlik zəmanətinin təhlükəsizlik qüvvələrinin olması olduğunu vurğulayan Makron, bu qüvvələrin “cəbhə xəttində və təhrik əməliyyatlarında deyil, havada, dənizdə və quruda təhlükəsizlik əməliyyatları aparacağını” və Ukraynada davamlı sülhün bərqərar olmasına xidmət edəcəyini bildirib.

Vaşinqtonda keçirilən görüşdə Fransa prezidenti Makron, NATO-nun baş katibi Mark Rutte, Aİ Komissiyasının sədri Ursula fon der Leyen, Böyük Britaniyanın baş naziri Key Starmer, Finlandiya prezidenti Aleksandr Stubb, İtaliyanın baş naziri Giorgia Meloni və Almaniya kansleri Fridrix Merz iştirak ediblər.

ABŞ prezidenti Donald Tramp avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşüb və yekun razılaşmanın əldə olunmadığını açıqlayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-08-2025