Mobil versiya
Portuqaliyada bir nəfər ölüb, İspaniyada dörd əsgər meşə yanğınları ilə mübarizə apararkən yaralanıb
Tarix: 15-08-2025 | Saat: 22:31
Bölmə:Özəl | çapa göndər

Portuqaliyada bir nəfər ölüb, İspaniyada dörd əsgər meşə yanğınları ilə mübarizə apararkən yaralanıb
Ölkənin günlərdir meşə yanğınları ilə mübarizə apardığı Portuqaliyada 1 nəfərin öldüyü, İspaniyada isə 4 əsgərin yaralandığı açıqlanıb.Hökumətin avqustun 3-də meşə yanğınlarına qarşı elan etdiyi xəbərdarlıq vəziyyətini avqustun 17-dək uzaddığı Portuqaliya yanğınsöndürmə işlərində iştirak edən bir nəfərin öldüyünü, digərinin isə ağır yaralandığını bildirdi.

Mülki Müdafiə Agentliyi, Vila Franca do Deao bölgəsinin şimal bölgəsində yanğınsöndürmə səyləri zamanı bədəninin böyük bir hissəsindən yanıq xəsarəti alan bir nəfərin öldüyünü, yanğınlar yayda başlayandan bəri ilk ölüm olduğunu bildirdi.


Hazırda 50 yerdə kənd və meşəlik ərazilərdə yanğınların davam etdiyi Portuqaliyada 1400 maşın yerdə, 34 helikopter və təyyarə hava dəstəyi ilə yanğınsöndürmə işlərinə təxminən 4600 adam cəlb olunub.

Hökumət rəsmiləri yanğınsöndürmə işlərinə dəstək üçün həftənin əvvəlində Mərakeşdən göndərilən iki təyyarənin həftə sonuna qədər qalacağını, İsveçin də iki təyyarə göndərdiyini açıqlayıb.

İspaniya
Bu arada İspaniyanın şimalındakı Leonun Yeres rayonunda yanğınsöndürmə işlərində iştirak edən 4 əsgərin yaralandığı açıqlanıb.

Baş nazir Pedro Sançez, ABŞ-da yerləşən X şirkətinin sosial media platformasındakı paylaşımında, "bütün dəstəyi və həmrəyliyinin yanğında yaralanan əsgərlər və ailələri ilə olduğunu və onlara səylərinə və fədakarlığına görə təşəkkür edərək, onlara tezliklə sağalmalarını arzulayır" dedi.

Qalisiyanın şimalındakı Ourense bölgəsində, Zamora və Leonda, Kastiliya və Leonda və cənub Ekstremadura bölgəsində yanğınlar hələ də davam edir.

Bu bölgələrdə 12 əsas yol bağlanıb, Madrid və Qalisiya arasında qatarların hərəkəti dayandırılıb.

İspaniyada bu həftə yanğınlar nəticəsində 3 nəfər ölüb.

Bundan əlavə, yanğınsöndürmə səyləri zamanı üçü ağır olmaqla 20-yə yaxın adamın yaralandığı İspaniyada son 10 gündə Zamora, Leon və Ourense şəhərlərində 80 min hektardan çox ərazi də daxil olmaqla, təxminən 120 min hektar meşə sahəsi və çoxlu sayda ev yanıb.

Mütəxəssislər, 5 mindən çox insanın hələ də evlərinə girə bilmədiyi Qalisiya və Kastiliya və Leon muxtar bölgələrində baş verən meşə yanğınlarının İspaniya tarixinin ən böyük yanğınları olduğunu vurğulayırlar.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-08-2025