Mobil versiya
Suriyanın Latakiya, Tartus və Hama şəhərlərində meşə yanğınları davam edir
Tarix: 14-08-2025 | Saat: 21:44
Bölmə:Özəl | çapa göndər

Suriyanın Latakiya, Tartus və Hama şəhərlərində meşə yanğınları davam edir
Suriyanın Latakiya, Tartus və Həma əyalətlərində başlayan meşə yanğınları yayılmaqda davam edir.
Suriya dövlət televiziyasının məlumatına görə, həddindən artıq istilər səbəbindən Latakiya, Tartus və Həmada üç gün əvvəl başlayan yanğınlar genişlənir və davam edir.

Həmanın Qab düzənliyindəki Tahuna, İnnab, Krum, Fakro və Timmazeh kəndlərində yanğınlar davam edərkən, Latakiyanın Kesab rayonunda da yeni yanğınlar başlayıb.

Suriya Mülki Müdafiə (SCC) Latakiya və Həmadakı yanğınların Suriya ordusunun dəstəyi ilə 11 fərqli nöqtədə aparıldığını açıqlayıb.

Latakiyada başlayan yanğın Türkiyəyə də keçib
Kesabın Nebeyin kəndini əhatə edən yanğının Türkiyənin Hatay vilayətinin Yayladağı rayonunda meşəlik əraziyə keçdiyi bildirilir.

Türk qrupları Yayladağı sərhədində baş verən yanğını söndürmək üçün aramsız olaraq işlərini davam etdirir.

Türkiyə və Suriyada baş verən meşə yanğınlarında tələfat yoxdur.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-08-2025