İsrailin müdafiə naziri İran lideri Xamneyiyə sui-qəsd təhlükəsini təkrarlayıb
Tarix: 11-08-2025 | Saat: 21:16
Bölmə:Özəl | çapa göndər

İsrailin müdafiə naziri Yisrael Katz iyunda 12 günlük hücumlar zamanı İran lideri Ayətullah Əli Xameneiyə qarşı etdiyi sui-qəsd təhdidini təkrarlayıb.
Nazir Katz X hesabında etdiyi paylaşımda daha əvvəl ona sui-qəsd cəhdi etdiyini dediyi Xamneyini yenidən təhdid edib.
Katz, “Xamneyiyə məsləhət görürəm ki, sığınacaqdan çıxanda vaxtaşırı gözlərini göyə qaldırsın və hər vızıltıya diqqətlə qulaq assın”.
Katzın paylaşımı sosial mediada yayılan, İsrail rəsmilərini sui-qəsd hədəfləri kimi qələmə verən, İsrail ordusu tərəfindən öldürülən iranlı nüvə alimlərini əks etdirən infoqrafika versiyasından sonra gəlib.
İsrailin müdafiə naziri İrana hücumları zamanı Xamneyini öldürməyə cəhd etdiklərini, lakin onun yerini tapa bilmədiklərini açıqlamışdı.
Münaqişə İsrailin İrana şiddətli hücumları ilə başlayıb.
İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, o cümlədən ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.
Hücumlarda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bir neçə yüksək səviyyəli komandir və doqquz nüvə alimi həlak olub.
İran Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində mülki vətəndaşların ümumi itkilərinin 606, yaralıların sayının isə 5332 nəfərə çatdığını bildirib.
İsrail Baş Nazirinin dəftərxanası İran ordusunun cavab atəşi nəticəsində 28 nəfərin öldüyünü, 1272 nəfərin yaralandığını bildirib.
İsrailə açıq dəstək verən ABŞ iyunun 22-də İranın Natanz, Fordo və İsfahandakı 3 nüvə obyektinə hücuma keçib.
ABŞ-ın hücumuna cavab olaraq İran iyunun 23-də Qətərdəki ABŞ-a məxsus Əl-Udeyd aviabazasına hücum edib.
ABŞ prezidenti Donald Tramp iyunun 24-də İran və İsrail arasında atəşkəs elan edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-08-2025
11-08-2025