Mobil versiya
Azər Kərimli: Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sülh hədəflinə çatdığını göstərir
Tarix: 09-08-2025 | Saat: 12:14
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Azər Kərimli: Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sülh hədəflinə çatdığını göstərir

“Vaşinqtonda baş tutan hadisə ancaq Cənubi Qafqazın deyil, bütövlükdə regionun gələcəyini dəyişəcək və bu, Azərbaycan Prezidenti İlham Əliyevin yalnız hərbi deyil, siyasi və diplomatik sahədə də əldə etdiyi tarixi uğurunun növbəti təcəssümüdür. O, təkcə müharibəni qazanmayıb, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməyib, həm də regionun sülh gündəliyini müəyyənləşdirib, nəticədə Ermənistanın Azərbaycanın bütün şərtlərini qəbul etməsinə nail olub.”

Bu fikirləri aia.az-ın əməkdaşı ilə söhbətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində keçirilən görüşləri, İlham Əliyev, Donald Tramp və Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannaməni şərh edən Milli Məclisin deputatı Azər Kərimli söyləyib.




Milli Məclisin deputatı Azər Kərimli Prezident İlham Əliyevin - “Onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün Sülh Sazişi imzalansın. Amma bu dəyişikliklər edildikən sonra, saziş istənilən vaxt imzalana bilər. Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı etməyi Ağ Evdə həyata keçirməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib”.- fikirini sitat gətirərək qeyd etdi ki, bu imzalanma Qafqazda yeni düzən yaradacaq: “Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitlik və rifaha nail olunub. Bu prosesin Qafqazda da davam etdirilməsi üçün addımlar atılır. ATƏT-in Minsk Qrupunun strukturlarının ləğvinə başlamaq üçün birgə müraciət fikrimizin bariz təsdiqidir. Prezident İlham Əliyev Vətən müharibəsindən sonra dəfələrlə ölkənin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsinin təmin edilməsinin vacibliyini vurğulamışdı. Dünən həmin tələb Ermənistan tərəfindən qəbul edildi. Zəngəzur dəhlizinin açılması prosesinin reallaşması istiqamətində razılıq əldə edildi. Bəyyannamədə deyildiyi kimi: “Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir.” Yuxarıda qeyd olunanlar bir daha göstərir ki, bu gün Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sülh hədəfinə çatır.”

Deputat Azər Kərimli qeyd etdi ki, səfər çərçivəsində “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin icrasının dayandırılması barədə sənədi imzalandı. “Bu düzəliş 1992-ci ildə qəbul olunmuş, Azərbaycanın maraqlarına zidd olan və ölkəmizə ABŞ hökumətinin birbaşa yardımını qadağan edən ədalətsiz qanun idi. 33 il sonra onun aradan qaldırılması Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin bariz göstəricisi, Prezident İlham Əliyev ilə amerikalı həmkarı Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsidir.” Səfər çərçivəsində diqqət çəkən ən önəmli məsələ bir də Ağ Evin rəmzi açarının Prezident İlham Əliyevə təqdim edilməsi oldu. Prezident Donald Tramp dedi: “Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm.”
Məlum olduğu kimi ABŞ Prezidenti Donald Tramp azərbaycanlı həmkarı İlham Əliyevi öz otağında qəbul edərkən ona xüsusi hədiyyə təqdim edib.
Həmin hədiyyə Trampın özünün şəxsən hazırlatdığı açardır. Bu açarı dəyərli edən onun qızıldan hazırlanmasından çox, Ağ Evin giriş qapısını açmasıdır. Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya, amerikalı milyarder İlon Maska da həmin hədiyyəni təqdim edib. Və hər təqdimatda bu hədiyyənin hər kəsə yox, yanlız məxsusi qonaqlara verildiyini də bildirib: “Bu, Ağ Evin, həm də ölkəmiz və qəlbimizin açardır”. Bütün bunlar o deməkdir ki, Prezident İlham Əliyevin qətiyyəti, müstəqil və cəsarətli siyasəti, eyni zamanda sözü ilə əməlinin bir olması ABŞ Prezidenti Donald Trampın diqqətini xüsusi olaraq cəlb edib. Bir millət, mübariz xalq olaraq biz bundan qürur duyuruq, hədiyyənin mənəvi dəyərini yüksək qiymətləndiririk.

Deputat Azər Kərimli daha sonra dedi: “2020-ci il Vətən müharibəsində torpaqlarını azad edən Azərbaycan Ermənistanı kapitulyasiyaya məcbur etmişdi. İndi isə imzalanan Birgə Bəyanat – Prezident Əliyevin və dövlətimizin növbəti qələbəsidir, çünki Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul edib. Yekun sülh sazişinin imzalanması isə yalnız Ermənistanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumdan sonra baş tuta bilər.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-08-2025