Britaniya tənqid edilib-SƏBƏB
Tarix: 04-08-2025 | Saat: 20:57
Bölmə:Özəl | çapa göndər

Şotlandiyanın birinci naziri Con Svinni deyib ki, Britaniya hökuməti təcili tibbi yardıma ehtiyacı olan uşaqları Qəzzadan təxliyə etmək və Böyük Britaniyaya gətirmək üçün “hərəkət etməkdə çox gecdir”.
Svinni, təcili tibbi yardıma ehtiyacı olan Qəzzəli uşaqların Böyük Britaniyaya gətirilməsi səyləri ilə bağlı verdiyi açıqlamada, Baş nazir Keir Starmerə iyulun 9-da Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondundan (UNICEF) müraciətinə cavab verməsini və uşaqların müalicə üçün təxliyyə edilməsini tələb edən Böyük Britaniyanın Baş nazirinə məktub yazdığını xatırladıb.
Şotlandiya lideri, "Biz əvvəldən Qəzza xalqının iztirablarının bağışlanmaz olduğunu açıqladıq. İsrail tərəfindən bombalanan və aclıq çəkən mülki əhalinin vəziyyəti dəhşətli həddə çatıb" deyib.
İngiltərə hökumətinin Qəzzanı boşaltma qərarının xoş qarşılandığını, lakin çox gec olduğunu vurğulayan Svinni, "Birləşmiş Krallıq hökumətini ən qısa zamanda insanların həyatını xilas etmək üçün əlindən gələni etməyə çağırıram. Şotlandiya olaraq biz də üzərimizə düşəni etməyə hazırıq" dedi.
Böyük Britaniya hökumətinin sözçüsü bildirib ki, "Biz Qəzzada təcili tibbi yardıma ehtiyacı olan daha çox uşağı təxliyə etmək planlarımızı davam etdiririk. Bu uşaqların bəziləri xüsusi müalicə almaq üçün İngiltərəyə gətiriləcək".
Sözçü prosesin mümkün qədər tez aparıldığını və təfərrüatların tezliklə ictimaiyyətlə paylaşılacağını bildirib.
Starmer Qəzzalı uşaqları ölkədə müalicə etmək istədiklərini açıqlayıb.
Baş nazir Starmer iyulun 25-də verdiyi açıqlamada təcili tibbi dəstəyə ehtiyacı olan Qəzzəli uşaqların təxliyəsi və Böyük Britaniyada müalicə olunması üçün səyləri sürətləndirəcəklərini bildirib.
Britaniyanın "The Sunday Times" qəzeti Qəzzada təcili tibbi yardıma ehtiyacı olan 300-ə yaxın uşağı müalicə üçün Böyük Britaniyaya gətirmək planlarının olduğunu yazıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər