Mobil versiya
Kanada Fələstin məsələsinin iki dövlətli həlli üçün siyasi cəsarət və qətiyyət tələb edir
Tarix: 28-07-2025 | Saat: 21:09
Bölmə:Özəl | çapa göndər

Kanada Fələstin məsələsinin iki dövlətli həlli üçün siyasi cəsarət və qətiyyət tələb edir
Kanadanın xarici işlər naziri Anita Anand Fələstin məsələsinin iki dövlətli həllini dəstəklədiklərini bəyan edərək bunun siyasi cəsarət və qətiyyət tələb etdiyini qeyd edib.
Anand Fələstin probleminin sülh yolu ilə həlli və iki dövlətli həllin həyata keçirilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Yüksək Səviyyəli Beynəlxalq Konfransında təşkil olunmuş işçi qrupunun tərkibində çıxış edib.

Kanadanın iki dövlətli həllin həm fələstinlilər, həm də israillilər üçün qalıcı sülhə aparan yeganə uyğun yol olduğuna inandığını vurğulayan Anand, "Bu an siyasi cəsarət və qətiyyət tələb etdiyi üçün bu gün buradayıq. Biz birlikdə dayanmalı və davamlı və ədalətli həllə aparan fərqli bir yol seçməliyik" dedi.


Anand Kanadanın "sülhün səsini gücləndirən, anlaşmanı təşviq edən və parçalanmanı rədd edən təşəbbüslərə" sadiqliyini vurğuladı və ölkəsinin yerli vasitəçilik və sülhməramlı səylərə dəstəyini ifadə etdi.

Kanada Xarici İşlər Naziri, "Kanada mülki şəxslərin qorunmasına, humanitar yardımların yaxşılaşdırılmasına və Fələstinin rəhbərlik etdiyi yenidənqurma səylərinə üstünlük verir. Bu kontekstdə Fələstin institutlarını gücləndirən transformasiyalara diqqət yetirir" dedi.

Kanadanın yerlərdə konkret və real həll yolları hazırlamaq üçün tərəfdaşları ilə işləməyə davam edəcəyini bildirən Anand, "Kanada fələstinlilərin və israillilərin sülh və ləyaqət içində yan-yana yaşaya biləcəkləri bir gələcəyə sadiq qalır" dedi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-07-2025