Mobil versiya
Almaniyada sərnişin qatarının relsdən çıxması nəticəsində 3 nəfər ölüb
Tarix: 28-07-2025 | Saat: 08:44
Bölmə:Özəl | çapa göndər

Almaniyada sərnişin qatarının relsdən çıxması nəticəsində 3 nəfər ölüb
Almaniyanın Baden-Vürtemberq əyalətində Riedlingen yaxınlığında sərnişin qatarının relsdən çıxması nəticəsində 3 nəfərin öldüyü bildirilir. Almaniyanın DPA xəbər agentliyi yerli sərnişin qatarının Riedlingen yaxınlığında relsdən çıxdığını bildirib.

Xəbərdə hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qruplarının göndərildiyi, hadisə yerində olan polis sözçüsü isə qəzada 3 nəfərin öldüyünü bildirib.

Hesabatda çoxlu sayda insanın yaralandığı, bəzilərinin isə ağır olduğu qeyd edilib.

Milli mətbuatda yayılan hadisə yerindən fotolarda qatarın relsdən çıxdığı, ən azı bir vaqonun aşdığı, yanğınsöndürənlərin axtarış-xilasetmə işləri apardığı görünür.

Federal Polis Siqmaringendən Ulmaya gedən qatarda təxminən 100 sərnişinin olduğunu açıqlayıb.

Ulm Polis İdarəsi Riedlingen və Munderkingen arasındakı dəmir yolu xəttinin "qəza səbəbilə bağlandığını" açıqladı.

Almaniya kansleri Fridrix Merz X sosial media platformasında verdiyi açıqlamada Biberach rayonunda baş verən qatar qəzasına görə dərin kədər ifadə edib. O, daxili işlər və nəqliyyat nazirləri ilə sıx əlaqədə olduğunu bildirib və xilasetmə qruplarına bütün lazımi dəstəyin göstərilməsini xahiş edib.

Merz həlak olanlar üçün dərin hüznlə kədərləndiyini bildirib və onların ailələrinə başsağlığı verib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-07-2025