Çili parlamenti seçkilərdə iştirak etmədikləri üçün vətəndaşların cərimələnməsini təklif edib
Tarix: 15-07-2025 | Saat: 08:55
Bölmə:Özəl | çapa göndər

“RİA Novosti” xəbər verir ki, Çili parlamentinin aşağı palatası seçkilərdə iştirak etməyən ölkə vətəndaşlarının cərimələnməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Buna əsasən, seçkilərdə səs verməyən çilili 34,4-206,7 min peso (34-216 dollar) arasında cərimələnəcək.
Sənəddə vurğulanır ki, üzrlü səbəbdən, xüsusən də səhhətinə görə seçkilərdə iştirak etməmək cəzalandırılmayacaq. Eyni zamanda, seçkilərdə iştirak edən çilililər müəyyən dövlət xidmətlərindən üstünlük əldə edə biləcəklər.
Aprelin 23-də məlum olub ki, Moskvada pensiyaçıya seçkilərə maneçilik törətdiyinə görə hökm oxunub. Martın 26-da bildirilib ki, Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) internetdə dezinformasiyaya görə məsuliyyət nəzərdə tutan qanuna təklif olunan düzəlişi geri götürüb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-07-2025