Mobil versiya
KİV Trampın süni intellektin inkişafına 70 milyard dollar ayırmaq planları barədə məlumat yayıb
Tarix: 14-07-2025 | Saat: 22:34
Bölmə:Özəl | çapa göndər

KİV Trampın süni intellektin inkişafına 70 milyard dollar ayırmaq planları barədə məlumat yayıb
ABŞ prezidenti Donald Tramp tezliklə süni intellektin (AI) inkişafı üçün 70 milyard dollarlıq büdcə elan edəcək.
Lider sərmayənin təfərrüatlarını Pitsburqdan kənarda keçiriləcək tədbirdə açıqlayacaq. O əlavə edib ki, bir sıra şirkətlərin investisiyalarına yeni məlumat mərkəzlərinin yaradılması, elektrik enerjisi istehsal imkanlarının genişləndirilməsi və şəbəkə infrastrukturunun modernləşdirilməsi, həmçinin süni intellekt sahəsində təlim və təcrübə proqramları daxildir.

Materialın müəllifi əlavə edib ki, Ağ Ev rəhbərinə Pensilvaniyadakı Karnegi Mellon Universitetində enerji və innovasiyalar üzrə ilk sammiti keçirəcək respublikaçı senator Devid Makkormik də qoşulacaq. Tədbirdə süni intellekt sahəsində çalışan şirkətlərin 60-a yaxın rəhbər işçisi iştirak edəcək.

Bundan əvvəl bildirilmişdi ki, Vaşinqton süni intellektin inkişafı üçün zəruri olan enerji təchizatının artırılmasına yönəlmiş icra sərəncamları paketi hazırlayır. Reuters agentliyinin məlumatına görə, proqram yeni enerji bloklarının elektrik şəbəkəsinə qoşulmasını sadələşdirməlidir. Yeni məlumat mərkəzlərinin tikintisi üçün federal torpaqların ayrılması da planlaşdırılır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2025