Mobil versiya
Gürcüstanın ən təhlükəli yolu bağlanıb
Tarix: 03-07-2025 | Saat: 19:36
Bölmə:Özəl | çapa göndər

Gürcüstanın ən təhlükəli yolu bağlanıb

Leçuri kəndi yaxınlığında baş verən sürüşmə yolu zədələyib, bu səbəbdən Pşaveli-Abano-Omalo avtomobil yolunun 10-cu kilometrindən 72-ci kilometrinə qədər bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Gürcüstanın ən əlçatmaz və mənzərəli rayonlarından biri olan Tuşetiyə gedən yeganə yol sürüşmə səbəbindən bağlanıb.
Avtomobil Yolları Departamentindən verilən məlumata görə, Leçuri kəndi yaxınlığında baş verən sürüşmə yolu zədələyib, bu səbəbdən Pşaveli-Abano-Omalo yolunun 10-cu kilometrindən 72-ci kilometrliyinə qədər bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Güclü yağış yolun təmizlənməsini çətinləşdirir.
Tuşeti unikal landşaftları olan yüksək dağlıq bölgədir. Bu gözəl bölgəyə getmək asan deyil. Buraya gedən yalnız bir yol var ki, bu da dünyanın ən təhlükəli yollarından biri hesab olunur.

Pşaveli-Omalo yolu Pşaveli kəndindən başlayır və dəniz səviyyəsindən 2950 metr yüksəklikdə yerləşən Abano aşırımı vasitəsilə Omalo ilə birləşir. Yol dardır və orada tez-tez sürüşmə baş verir. Çətin relyefə və meteoroloji şəraitə görə yolda hər il təxminən dörd-beş ay ərzində hərəkət mümkündür.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-07-2025