Kollecdə “Bəxtiyar ömrü” adlı tədbir keçirildi -Fotolar
Tarix: 03-07-2025 | Saat: 17:13
Bölmə:Özəl | çapa göndər

aia.az xəbər verir ki, 2025-ci ilin avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə UNEC nəzdində Sosial-İqtisadi Kollecdə “Bəxtiyar ömrü” adlı tədbir keçirilib.
UNEC nəzdində Sosial-İqtisadi Kollecin kitabxana informasiya mərkəzinin müdiri Xanım Vəliyevanın təşkilatçılığı ilə təşkil olunan tədbirdə çıxış edənlər öz vətənini və xalqını sonsuz məhəbbətlə sevən ictimai-siyasi xadim, azadlıq aşiqi və həssas qəlbli şairin 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və 20 dən artıq irihəcmli poemanın müəllifi olduğunu geniş şəkildə qeyd etdilər.
Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı icrası ilə bağlı Tədbirlər Planının icrası ilə əlaqədar kollecdə görüləcək işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Daha sonra Z.Vəliyev qeyd etdi ki, Bəxtiyar Vahabzadə ömrü boyu Türk dünyasının birliyinə çalışıb və bu gün onun uğrunda mübarizə apardığı ideallar artıq reallığa çevrilir. Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub, eyni zamanda, Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətində yaxından iştirak etməklə Türk dünyasının birliyinə misilsiz töhfələr verir.Deməli, Bəxtiyar Bahabzadənin ruhu şaddır.
Tədbirdə kollecin ədəbiyyat müəllimi Cəvahir Tanrıverdi milli istiqlal düşüncəli və azadlıq eşqi ilə yaşayan şairin hələ sovet hakimiyyəti illərində yazdığı “Gülüstan” poemasından parçalar səsləndirdi,Bəxtiyar Vahabzadənin ana dilimiz haqqındakı cəsarətli digər şeirləri ilə milli özünüdərkin inkişafına çalışdığını söylədi.
Tədbir boyu tələbələr Bəxtiyar Vəhabzadənin şeirlərini səsləndirdilər və onun sözlərinə yazılan mahnıları ifa etdilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-07-2025