Mobil versiya
Antalyada iki yük maşını toqquşub: Ölən və yaralananlar var
Tarix: 01-07-2025 | Saat: 20:19
Bölmə:Özəl | çapa göndər

Antalyada iki yük maşını toqquşub: Ölən və yaralananlar var
Antalyanın Aksu rayonunda iki yük maşını toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Qəza saat 16:30 radələrində Antalya-İsparta yolunun Topallı Məhəlləsində meydana gəlib. Əldə edilən məlumata görə, Rəhmi Yurtsevenin idarə etdiyi yük maşını İspartadan Antalyaya gedərkən təkərin partlaması nəticəsində idarəetməni itirərək qarşı zolağa keçib. Bu zaman Antalyadan İspartaya gedən Şevkət K.-nin istifadə etdiyi təmizlik məhsulları yüklənmiş yük maşınının yarımqoşqusuna dəyib.

Qəza zamanı yük maşınının sürücüsü Rəhmi Yurtseven hadisə yerində həyatını itirib. Digər yük maşınının sürücüsü Şevkət K. yüngül xəsarətlərlə xəstəxanaya aparılıb. Qəza nəticəsində hər iki yük maşını demək olar ki, yararsız hala düşüb. Ölən sürücünün cənazəsi Antalya Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.

Qəzanın şahidi olan Mehmet Sağlam adlı vətəndaş "Yuxarıdan gələn avtomobilin ön təkəri partlayanda qarşı zolağa keçdi. Qarşı zolaqdan gələn yük maşını da sağa çıxdı, lakin onun yarımqoşqusuna dəyməkdən xilas etmək mümkün olmadı. Təəssüf ki, sürücü həyatını itirdi" dedi.

Qəza ilə bağlı araşdırmalara başlanılıb..

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2025