Mobil versiya
Ölkədə Qırmızı həyəcan : Həddindən artıq istilərə görə yüzlərlə məktəb bağlanıb
Tarix: 01-07-2025 | Saat: 14:14
Bölmə:Özəl | çapa göndər

Ölkədə Qırmızı həyəcan : Həddindən artıq istilərə görə yüzlərlə məktəb bağlanıb
Fransada həddindən artıq istilər səbəbindən 1350-yə yaxın məktəb bir gün ərzində tamamilə və ya qismən bağlanıb. Paytaxt Paris də daxil olmaqla 16 əyalətdə qırmızı təhlükə elan edilib.
Ölkə ərazisində havanın temperaturunun gün ərzində ən azı 20, ən çoxu isə 41 dərəcə isti olacağı gözlənilir.

Həddindən artıq istilər səbəbindən ölkə üzrə təxminən 1350 məktəb bir sutka ərzində tamamilə və ya qismən bağlanıb. Dünən də eyni səbəbdən 750 məktəbdə tədris dayandırılıb.

Bu arada havaların isti keçməsi ilə əlaqədar Paris və ətraflarında ozonla çirklənmənin artması yerli hakimiyyət orqanlarını tədbir görməyə sövq edib.

Paris Polis Departamentinin dünən verdiyi açıqlamada, Paris və bəzi ətraf əyalətlərdə yalnız ətraf mühiti ən az çirkləndirən müəyyən avtomobillərin yola buraxılacağı, digər bütün vasitələrin isə sürməsinin qadağan edildiyi bildirilib.

İctimai rifah üçün işləyən avtomobillər bu qərardan azad edilib, eyni zamanda müvafiq rayonlarda sürət həddi də azaldılıb.

Fransada isti hava ilə əlaqədar iyunun 29-dan etibarən Tarn-et-Qaronna əyalətindəki Qofeç Atom Elektrik Stansiyasının bir reaktorunun fəaliyyəti dayandırılıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2025