Mobil versiya
"Bəniz" ev dustaqlığına buraxılmadı
Tarix: 10-06-2025 | Saat: 10:53
Bölmə:Şou-biznes | çapa göndər

"Bəniz" ev dustaqlığına buraxılmadı

"Bəniz" ləqəbli məşhur tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə ilk məhkəmə hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclasında dəqiqləşdirilməyən anket məlumatları müəyyənləşdikdən sonra cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edilib.

Təqsirləndirilənin vəkili müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təqdim edib. Məhkəmə vəsatəti əsassız hesab etdiyindən təmin etməyib.

Növbəti proses iyunun 17-nə təyin edilib.

Daha sonra prokuror təqsirləndirilənə ittiham aktını elan edib.

Qeyd edək ki, "Bəniz" ləqəbli tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.Onun barəsində Suraxani rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-06-2025