Mobil versiya
Türkiyəli nazir: Azərbaycan Prezidentinin rəhbərliyi ilə güclü gələcəyə doğru addımlayır
Tarix: 27-05-2025 | Saat: 08:25
Bölmə:Siyasət | çapa göndər

Türkiyəli nazir:

“Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü gələcəyə doğru əmin addımlarla irəliləyir”.

aia.az xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı “X” hesabında yazıb.

O bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Türk və İslam dünyasındakı ilk demokratik cümhuriyyət olaraq tarixə düşüb: “Qardaşlarımız böyük çətinliklər içində müstəqilliklərini elan edərək dünyaya nümunə olub, milli dəyərlərimiz və Türk kimliyimizin gücünü ortaya qoyub”.

Nazir qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olmağa davam edəcək: “Bu əhəmiyyətli gündə Məhəmməd Əmin Rəsulzadə və Heydər Əliyev başda olmaqda müstəqillik uğrunda mübarizə aparan bütün qəhrəmanları hörmət və ehtiramla anırıq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2025