Ana Sayfa > Siyasət > Türkiyəli nazir:

Türkiyəli nazir:


27-05-2025, 08:25. Yazar: sevinc1
Türkiyəli nazir:

“Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü gələcəyə doğru əmin addımlarla irəliləyir”.

aia.az xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı “X” hesabında yazıb.

O bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Türk və İslam dünyasındakı ilk demokratik cümhuriyyət olaraq tarixə düşüb: “Qardaşlarımız böyük çətinliklər içində müstəqilliklərini elan edərək dünyaya nümunə olub, milli dəyərlərimiz və Türk kimliyimizin gücünü ortaya qoyub”.

Nazir qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olmağa davam edəcək: “Bu əhəmiyyətli gündə Məhəmməd Əmin Rəsulzadə və Heydər Əliyev başda olmaqda müstəqillik uğrunda mübarizə aparan bütün qəhrəmanları hörmət və ehtiramla anırıq”.

aia.az
Geri dön