Ana Sayfa > Siyasət > Milli Məclisin sədri Sankt-Peterburqda faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib

Milli Məclisin sədri Sankt-Peterburqda faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib


18-04-2025, 18:14. Yazar: sevinc1
Milli Məclisin sədri  Sankt-Peterburqda faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib

Aprelin 18-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyası çərçivəsində 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlər keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti tədbirlərdə iştirak edib.
MDB PA-nın 58-ci plenar iclasının iştirakçıları əvvəlcə Piskaryov memorial məzarlığını ziyarət ediblər. Milli Məclisin sədri Sahibə Qafarova və MDB-yə üzv dövlətlərin parlament sədrləri memorial məzarlıqda "Ana vətən" abidəsi qarşısına gül çələngləri qoyublar.
Sonra Tavriya sarayında 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş konsert təşkil olunub. Plenar iclas iştirakçıları konserti izləyiblər.
Geri dön