Mobil versiya
Güclü külək Bakıda 55 ağacı sındırıb - RƏSMİ
Tarix: 16-04-2025 | Saat: 11:09
Bölmə:Karusel / Ölkə | çapa göndər

Güclü külək Bakıda 55 ağacı sındırıb -

Bu gün səhər saat 10:00 üçün olan məlumata görə güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çoxunun budaqları qırılıb.

aia.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Qeyd edilib ki, dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayiət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Birlikdən bildirilib ki, hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.

"Bütün hallarda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib", - məlumatda qeyd olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2025