Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi başa çatıb -Foto
Tarix: 10-04-2025 | Saat: 14:57
Bölmə:Ölkə | çapa göndər

Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə universitetlər arasında keçirilən “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi başa çatıb. ADA Universitetində keçirilən yekun tədbir zamanı finala vəsiqə qazanmış dörd top komanda təqdim olunan keys üzərində hazırladıqları biznes həlləri ilə çıxış edərək, həm münsiflər heyətinə, həm də tədbir iştirakçılarına təqdimatlar ediblər.
Final mərhələsində təmsil olunan münsiflər arasında Veysəloğlu Şirkətlər Qrupunun Maliyyə direktoru Könül Kərimova da olub. O, yekun tədbirdə çıxış edərək, qalibləri təbrik edib və onlara öz tövsiyyələrini verib. K. Kərimova eyni zamanda təmsil etdiyi VŞQ-nin fəaliyyəti və insan kapitalına verdiyi böyük önəm barədə ətraflı məlumat verib. Qeyd edək ki, Şirkətlər Qrupunu yarışmanın əvvəlki mərhələlərində isə münsif olaraq Maliyyə və Biznesin İnkişafı Departamentinin müdiri Fərahim Hacıyev və “Araz” Supermarketlər Şəbəkəsinin Logistika direktoru Anar Adilzadə təmsil edib.
Münsiflərin qiymətləndirməsi əsasında yarışmanın qalibləri aşağıdakı kimi müəyyən olunub:
1-ci yer – Team 16 (ADA Universiteti) – 8000 AZN mükafat;
2-ci yer – Team 20 (Azərbaycan Dövlət İqtisad Universiteti) – 4000 AZN mükafat;
3-cü yer – Team 14 (Azərbaycan Dövlət İqtisad Universiteti) – 2000 AZN mükafat.
Qaliblər, pul mükafatları ilə yanaşı, sponsor şirkətlər tərəfindən müxtəlif hədiyyələrlə də təltif olunub. Layihəyə yanvar ayında start verilmiş və ümumilikdə 91 komanda müraciət edib. Müsahibə mərhələsindən uğurla keçən 26 komanda Biznes Akademiyası və ABCC sessiyalarında iştirak etmiş, onlardan 16-sı yarımfinal mərhələsinə vəsiqə qazanıb. Azərbaycan Biznes Keys Yarışması 2002-ci ildən etibarən ölkədə təhsil alan bakalavr və magistr tələbələri üçün keçirilən ənənəvi və nüfuzlu layihələrdən biridir. Bu il yarışma Veysəloğlu Şirkətlər Qrupu və digər sponsorlar tərəfindən dəstəklənib.
30-dan artıq yaşı olan Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən ən iri işəgötürənlərindən və vergi ödəyicilərindən biridir. Şirkətlər Qrupunun həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələri arasında təhsilə dəstək prioritet təşkil edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-04-2025