Mobil versiya
Küçə itlərinin hücumuna məruz qalan 6 nəfərdən 5-i xəstəxanadan evə buraxılıb
Tarix: 10-04-2025 | Saat: 12:18
Bölmə:Ölkə | çapa göndər

Küçə itlərinin hücumuna məruz qalan 6 nəfərdən 5-i xəstəxanadan evə buraxılıb

Sumqayıt şəhərində ötən gün küçə itlərinin hücumuna məruz qalaraq hospitalizasiya edilən 6 nəfərdən 5-i xəstəxanadan evə buraxılıb

aia.az xəbər verir ki, Sumqayıtda küçə itlərinin hücum etdiyi şəxslərdən 1-i 1995-ci il təvəllüdlü qadın, 5-i isə 2010, 2015, 2017, 2019 və 2020-ci il təvəllüdlü uşaqlardır.

Qeyd olunub ki, uşaqlar təhsil aldıqları müəssisələrdən çıxdıqdan sonra saat 17:30 radələrində küçə itləri onlara hücum edib.

Hazırda xəstəxanada müalicəsi davam edən 2020-ci il təvəllüdlü uşaq istisna olmaqla, hücuma məruz qalan digər şəxslər evə buraxılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025