Mobil versiya
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
Tarix: 07-04-2025 | Saat: 11:06
Bölmə:Ölkə | çapa göndər

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən “Honda” markalı, 99-D-401 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ceyhun Mustafayev paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaratdığı üçün saxlanılıb.

aia.az xəbər verir ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı C.Mustafayevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə C.Mustafayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay inzibati qaydada həbs edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-04-2025