Mobil versiya
“Qlobal-SF” MMC-də kütləvi şikayət -19 ildir bina tikilmir 
Tarix: 03-04-2025 | Saat: 12:30
Bölmə:Ölkə | çapa göndər

“Qlobal-SF” MMC-də kütləvi şikayət -19 ildir bina tikilmir 

150-dən çox vətəndaş illər öncə Yasamal rayonu, Əsəd Əhmədov 26 ünvanında tikilən “Qlobal-SF” MMC-yə məxsus 5 kooperativ binadan aldığı mənzillərə qovuşa bilmədiklərini iddia edirlər.

Yenixeber.org: Sakinlər binanın təməlinin 19 il öncə qoyulduğunu bildirirlər.

Kompleksdən ev alan sakinlər deyirlər ki, hətta evlərin bir çoxu 2-ci, 3-cü şəxslərə satılıb və hələ də satılmaqdadır.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, lakin heç bir nəticəəldə olunmayıb.

Məsələ ilə bağlı şirkətin səlahiyyətli nümayəndələri suallara cavab verməkdən boyun qaçırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2025