Mobil versiya
"Ermənilər Xankəndindən olduğu kimi, İrəvandan da könüllü çıxıb gedirlər" - Komitə sədri
Tarix: 01-04-2025 | Saat: 11:25
Bölmə:Parlament | çapa göndər

"Ermənilər Xankəndindən olduğu kimi, İrəvandan da könüllü çıxıb gedirlər" -

"İndi qalib Azərbaycanın taleyi özündən asılıdr. Dövlət rəhbəri və mərkəzi hakimiyyət sistemi güclü olanda xarici amillər dağıdıcı təsirini itirir. Ölkəmizdə kənar qüvvələrin hökmran mövqeyi heç vaxt indiki qədər zəif olmayıb".

aia.az xəbər verir ki, bunu Milli Məclisın bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

"Qarabağda qələbəmiz tarixdə ilk dəfə dövlətimizə yeni Yalta konfransına vəsiqə qazandırıb. Ermənistana sərhəddi başqa paytaxtlar yox, məhz liderimiz göstərir. İrəvanın taleyi heç vaxt indiki qədər Bakıda həll olunmayıb. 300 illik erməni ideyası iflasa uğrayıb və ermənilər Xankəndindən olduğu kimi, İrəvandan da könüllü çıxıb gedirlər. İnanırıq ki, qardaş ölkə Türkiyə sərhəddin açılması qərarını çıxararkən, nəzərə alacaq ki, İrəvanın Ankara qarşısında 100 illik ərazi və soqırım tələbini indi irəli sürməməsinin ən böyük səbəbi bizim Qarabağ Qələbəmizdir", - deyə komitə sədri bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-04-2025