31-Mart soyqırımının üzə çıxarılması və yeni araşdırmalar
Tarix: 27-03-2025 | Saat: 12:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanlıların soyqırımı, son yüzillikdə tariximizin ən ağrılı səhifələrindən biridir. 31 martda qeyd olunan Azərbaycanlıların Soyqırımı Günü, xalqımızın tarixinin ağır səhifələrinin unudulmaması və gələcək nəsillərə düzgün ötürülməsi məqsədini güdür. 1998-ci ildən bəri, bu günün dövlət səviyyəsində qeyd olunması ilə yanaşı, soyqırımı qurbanlarının xatirəsi əbədiləşdirilir və bu faciənin dünya miqyasında tanınması məqsədilə fəaliyyətlər genişlənir. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur” fikirləri əslində faciənin mahiyyətinin daha geniş formada dünyaya çatdırılmasıdır. 1918-ci ilin martında, erməni daşnaklarının Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı, xüsusilə Şamaxı, Quba, İrəvan və digər bölgələrdəki hadisələrlə əlaqədar hələ də davam edən tədqiqatlar göstərir ki, bu faciələr çox geniş və planlı şəkildə törədilib. Bu barədə yerli və beynəlxalq tədqiqatçılar tərəfindən aparılan araşdırmalar yeni faktların ortaya çıxmasına səbəb olur. Soyqırımı ilə əlaqədar hər il təşkil edilən anma tədbirləri, yalnız qurbanların xatirəsinin yaşadılması deyil, həm də dünya ictimaiyyətinin bu tarixi faciələr haqqında daha çox məlumatlandırılması üçün mühüm əhəmiyyət kəsb edir. Bu, həm də saxta erməni təbliğatına qarşı mübarizə aparmaq, faktları dünya miqyasında tanıtmaq baxımından olduqca vacibdir. Azərbaycanlıların soyqırımı, xalqımıza qarşı törədilən ən böyük cinayətlərdən biridir. 31 mart tarixində bu faciənin hər il xatırlanması, yalnız keçmişin dəhşətlərini anlamaq deyil, həm də gələcək nəsilləri bu faciələrin təkrarlanmasının qarşısını almağa çağırmaqdır. 1998-ci ildən başlayaraq, bu gün dövlət səviyyəsində qeyd olunmaqdadır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın soyqırımı siyasətinin tarixi dünya ictimaiyyətinə çatdırılmağa başlanmışdır. Şamaxı, Quba və İrəvan hadisələri, yalnız Azərbaycan tarixinin deyil, ümumilikdə dünya tarixinin qanlı səhifələrindən biridir. 1918-1920-ci illər arasında erməni silahlıları daşıdığı faşist təfəkkürü ilə bir çox Azərbaycan kənd və şəhərlərini yerlə yeksan etmiş, minlərlə insanı qətlə yetirmişdir. Bu hadisələrə dair yüzlərlə fakt və dəlil mövcuddur. Xüsusilə, 2007-ci ildə Quba stadionunun təmiri zamanı aşkar edilən kütləvi məzarlıq, bu soyqırımının dəhşətlərini bir daha dünyaya çatdırmışdır. Ermənilər özləri belə törətdikləri qırğınları etiraf edirlər. “Ermənilər tərəfindən azərbaycanlıların qırılması çoxdan başlamış, dövlət siyasəti səviyyəsinə qaldırılmış və Azərbaycanın hüdudlarından kənara çıxmışdır. Onda təəccüblənməyə dəyərmi ki, ancaq Ermənistanda daşnak hökuməti ”özünün 30 aylıq hakimiyyəti dövründə (may 1918 - noyabr 1920) Azərbaycan əhalisinin 60 faizini qırmışdır” - tarixçi Yervand Aleksandroviç Lalayan (1864-1931). “Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü dəstələr yığaraq müharibə gedən Türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər”-tarixçi Yervand Aleksandroviç Lalayan (1864-1931). “...Bizim hökumətin gördüyü tədbirlər nəticəsində...bu kəndlərin (Toxluca, Ağbulaq, Ardanış və b.) əhalisi Ermənistanın sərhədlərini tərk etmişdir. Mən sahibsiz qalan kəndləri gördüm, orda bir neçə pişik, habelə sarsıdıcı sakitlikdən heyrətlənən itlərin qəribə hürüşməsini gördüm. Bu kəndlərin əhalisi çox böyük sahələrdə kartof, buğda və arpa əkini qoyub getmişlər. Hökumət bu kəndlərdən iki milyon pud buğda və yarım milyon pud kartof götürə biləcək” - Daşnak partiyasının üzvü Qaregin Aristakesoviç Muradyan (vəfat edib). 1918-ci il hadisələri zamanı minlərlə azərbaycanlını qətlə yetirən Njdehin xatirəsinə 1989-cu ilin martında Qafanda ucaldılan abidənin açılış mərasimində çıxış edən Qafan Rayon Partiya Komitəsinin katibi Mkrtçyan deyib: “...Siz çox çalışdınız, amma azərbaycanlıları Ermənistandan çıxara bilmədiniz... Böyük arzularınızı nəvələriniz yerinə yetirdi. İndi Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb”. Bunlar onların öz etirafları olsa da dünya ictimaiyyəti bu etirafları sanki görməzlikdən gəlir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir. “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Arif Fərzəliyev ,
YAP Cəbrayıl rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-03-2025
30-03-2025
29-03-2025
28-03-2025