Mobil versiya
Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdirilir
Tarix: 18-03-2025 | Saat: 11:40
Bölmə:Manşet / Parlament | çapa göndər

Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdirilir

Çernobıl qəzasında zərər çəkənlərin mənzil təminatı təkmilləşdirilir.

aia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və ya bələdiyyə orqanı tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındıqda, yaşayış sahəsi ilə təmin olunmaq hüququ verilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2025