Mobil versiya
Eltun Süleymanov : Cənubi Qafqazın Geosiyasi Vəziyyəti: Prezidentin Analizləri"
Tarix: 15-03-2025 | Saat: 11:55
Bölmə:Manşet / Siyasət | çapa göndər

Eltun Süleymanov : Cənubi Qafqazın Geosiyasi Vəziyyəti: Prezidentin Analizləri"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib. Prezident İlham Əliyev, müsahibəsində Cənubi Qafqazın geosiyasi vəziyyətinə xüsusi diqqət yetirdi. O, qeyd etdi ki, bu region tarixən bir çox qarşıdurma və münaqişələrin şahidi olub. Bu, xüsusən Azərbaycan ilə Ermənistan arasında baş verən müharibələr və digər geosiyasi gərginliklərlə əlaqədardır. Lakin, hazırda regionda nisbətən sakit dövr yaşandığı üçün, bu vəziyyətin qiymətləndirilməsi və daha təhlükəsiz bir gələcək üçün zəminin yaradılması vacibdir.

Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, cnab Prezident İlham Əliyev, Azərbaycan üçün əsas məqsədin növbəti hərbi qarşıdurmaları istisna edən əhatəli təhlükəsizlik mexanizmlərinin yaradılması olduğunu vurğuladı. Bu təhlükəsizlik mexanizmləri, təkcə Cənubi Qafqazın deyil, bütün regionun stabilliyini təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir. Prezident, Sovet dövründə Cənubi Qafqaz respublikaları arasında müəyyən bir əməkdaşlıq mühitinin olduğunu və bu təcrübədən yararlanmağın vacib olduğunu bildirdi. O, bölgə ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin və hərtərəfli təmasların gücləndirilməsinin əhəmiyyətinə işarə etdi. Cənab Preziden çoxsaylı geosiyasi dəyişikliklərin xüsusilə də bu regionda baş verən dəyişikliklərlə bağlı mövqeyini çox aydın ifadə edərək dedi: “Ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi Sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik”. Regiona daha geniş nəzər salan, Rusiya-Ukrayna məsələsinə, Yaxın Şərqdə cərəyan edən hadisələrə gəldikdə isə ölkə başçısı deyib: “Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o öz taleyinin sahibidir. Onlar bunu nə qədər tez başa düşsələr bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdən hesabat istəyəcək. Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir”. Prezident İlham Əliyev müsahibəsində gələcəyə baxışla bağlı, bu qlobal sabitliyin yekunda haraya gedəcəyi ilə əlaqədar bildirib ki, “Bu məsələdə mən o qədər də nikbin deyiləm. Mən realist olmağa üstünlük verirəm. Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində bizdə - Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu müharibənin sona çatması demək deyildi. Sadəcə transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir. Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir”. Azərbaycan geosiyasi vəziyyətdə aktiv rol oynayaraq, həm daxili, həm də regional təhlükəsizliyi təmin etməyi hədəfləyir. Cənab Prezident İlham Əliyev Azərbaycanın bu günkü uğurlarını, geosiyasi dəyişiklikləri düzgün qiymətləndirərək dövlətin maraqlarına uyğun çox uğurlu siyasət həyata keçirir-deyə E. Süleymanov fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025