Mobil versiya
Bu uşaqların nəticələri daha yüksəkdir - Nazir açıqladı
Tarix: 05-10-2026 | Saat: 11:47
Bölmə:Karusel / Təhsil | çapa göndər

Bu uşaqların nəticələri daha yüksəkdir -

Məktəbəqədər təhsilə cəlb olunan uşaqların sonrakı təhsil nəticələri bu təhsilə cəlb olunmayan uşaqlarla müqayisədə daha yüksəkdir.

aia.az xəbər verir ki, bu fikri elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib. Nazir bildirib ki, təhsil pillələri və səviyyələri arasındakı əlaqənin düzgün başa düşülməsi mühüm məsələdir. Xüsusilə məktəbəqədər təhsilə cəlbetmənin artırılması uşaqların məktəbə hazırlığı və sonrakı təhsil nəticələri baxımından əhəmiyyətlidir.

Emin Əmrullayev qeyd edib ki, 2014–2015-ci illərlə müqayisədə məktəbəqədər təhsilə cəlbetmə səviyyəsi 14 faizdən 45 faizə yüksəlib.

“Ən azı bir il məktəbəqədər təhsilə cəlb olunan uşaqların ikinci, üçüncü və dördüncü siniflərdəki nəticələri məktəbəqədər təhsilə cəlb olunmayan uşaqlarla müqayisədə əhəmiyyətli dərəcədə daha yüksəkdir.

Yəqin buradakı müəllimlər də mənimlə razılaşarlar ki, məktəbəqədər hazırlıq keçən uşaqlarla işləmək daha asandır”, - deyə Emin Əmrullayev bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-10-2026