Ana Sayfa > Parlament > MDB PA-nın Nəzarət-büdcə komissiyasının videokonfrans formatında iclası keçirilib
MDB PA-nın Nəzarət-büdcə komissiyasının videokonfrans formatında iclası keçirilibDünən, 16:55. Yazar: sevinc1 |
![]() Martın 11-də Müstəqil Dövlət Birliyi Parlament Assambleyasının (MDB PA) Nəzarət-büdcə komissiyasının videokonfrans formatında iclası keçirilib. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Tədbirdə Milli Məclisin MDB PA-da nümayəndə heyətinin üzvləri – MDB PA-nın Nəzarət-büdcə komissiyasının sədr müavini Xanlar Fətiyev və komissiyanın üzvü Azər Badamov iştirak ediblər. İclasda 2024-cü il üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsi və 2025-ci il üzrə qurumun büdcəsinin formalaşması, “MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətinin maliyyələşdirilməsi haqqında” MDB PA Şurasının qərar layihəsi, MDB PA-nın Nəzarət-büdcə Komissiyasının 2024-cü ildəki fəaliyyətinin yekunları və digər məsələlər müzakirə edilib. Geri dön |