Almaniya seçkilərdən əvvəl 2,5 milyard avro dəyərində silah və texnika sifariş edib
Tarix: 30-01-2025 | Saat: 09:33
Bölmə:Özəl | çapa göndər
Almaniya hakimiyyəti növbədənkənar parlament seçkiləri öncəsi 2,5 milyard avro dəyərində silah və texnika sifariş edib.
Nəşrin mənbələri bildiriblər ki, sərəncamda hərbçilər üçün 1,8 milyard avroya başa gələn yeni rabitə sistemi, tank əleyhinə və piyada silahları, həmçinin silah stansiyası daxildir.Bloomberg qeyd edir ki, bu silahların alınması Almaniya kansleri Olaf Şolz tərəfindən Ukraynada Rusiya xüsusi əməliyyatı başlayandan sonra başlayan alman ordusunun yenidən silahlanma proqramının növbəti mərhələsi olmalıdır.
Bundan əlavə, Almaniya Bundestaqının komitəsi Argentina üçün 4,1 milyard avroya üç Type 209 sualtı qayığının tikintisi üzrə tenderdə qalib gəlmək üçün Thyssenkrupp Marine Systems şirkətinə dövlət zəmanəti vermək niyyətindədir.
Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Barbok aktiv döyüş əməliyyatları dayandırıldıqdan sonra alman hərbçilərinin Ukraynada sülhməramlı missiyada iştirakına icazə verib.
Onun sözlərinə görə, missiyanın təşkilində Rusiya ilə yaxşı münasibətlər saxlayan qeyri-Avropa dövlətləri də iştirak etməlidir.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius atəşkəsdən sonra Ukraynaya sülhməramlı hərbi kontingentin göndərilməsinin mümkün ssenarisinin işləndiyini açıqlamışdı.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər