Duda: Putinin Ukraynaya və müttəfiqlərinə danışıqlar üçün yalvarmasını təmin etmək lazımdır
Tarix: 23-01-2025 | Saat: 15:45
Bölmə:Özəl | çapa göndər
Polşa prezidenti Anjey Duda deyib ki, Rusiya lideri Vladimir Putinin “Ukrayna və onun müttəfiqlərinə” danışıqlar masasına oturması üçün yalvarmasını təmin etmək lazımdır. Onun sözlərini RMF24 sitat gətirir.
O, dinc danışıqların mümkünlüyünü şərh edərkən bildirib ki, hər bir həll Kiyevə və Avropa İttifaqına yaraşmayacaq. Dudanın sözlərinə görə, Ukrayna üçün sülhə zəmanət verən, eləcə də onun suverenliyini və Rusiyanın beynəlxalq hüquqa hörmətini təmin edən plan qəbul etmək lazımdır.“Biz əmin olmalıyıq ki, Putin Ukrayna və onun müttəfiqlərinə danışıqlar masasına oturmağa yalvarsın”, – Polşa prezidenti deyir.
Bir gün əvvəl ABŞ prezidenti Rusiyanı xüsusi hərbi əməliyyatı başa çatdırmağa çağırıb. Tramp vurğulayıb ki, Ukrayna ilə bağlı “saziş” əldə olunmasa, ABŞ Rusiyanın ABŞ və digər ölkələrə ixracına yeni sanksiyalar və rüsumlar tətbiq edəcək.
Bundan əvvəl Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı razılaşmadan imtina edərək, guya öz ölkəsini məhv etdiyini bildirib. Onun sözlərinə görə, Moskva Ukraynadakı münaqişənin həlli ilə bağlı razılaşmadan imtina edərsə, “Rusiyanın böyük problemləri olacaq”.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-01-2025