Müqavilə-hüquq bazası.
Tarix: 23-01-2025 | Saat: 10:04
Bölmə:Özəl | çapa göndər
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri mühüm önəm kəsb edir. Prezident İlham Əliyevlə ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin görüşündə bir çox vacib məsələlər müzakirə edilib. Eyni zamanda Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra mətbuata verdiyi bəyanatlarda da mühüm mesajlar verilib. Sözsüz ki, Baş nazir İrakli Kobaxidzenin səfərinin xüsusi əhəmiyyəti var. Çünki bu Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra ilk xarici səfərdir. Cənab Prezident də rəsmi qonağı və onun təmsil etdiyi “Gürcü Arzusu” Partiyasını seçkilərdəki qələbəsi münasibətilə təbrik edib. Vurğulanıb ki, Gürcüstandakı parlament seçkilərindən sonra ilk səfərin Azərbaycana həyata keçirilməsi iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir.Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıb.Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib.1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb.
Azərbaycan-Gürcüstan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir.Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir ki, bu da ildən-ilə artır. Həmçinin bu gün Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan tərəfindən təmin edilir.Bununla paralel olaraq, Gürcüstanla yaşıl enerji layihələrini də həyata keçiririk. Bu da hökumətlərimizin məsuliyyətini bir daha göstərir.
Çünki enerji də bazarda böyük maraq doğurur, buna böyük tələbat var.Orta Dəhliz layihəyələri böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.
Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşı sırasındadır. İqtisadi-ticari sahə də çox vacibdir və bu bizim tərəfdaşlığımız daha da dərinləşdirilməlidir. Azərbaycan Gürcüstan güclü təməllər üzərində qurulmuş əməkdaşlığımız, tarixi münasibətlərimiz və qardaşlığımız var. Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının mühasibi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-01-2025