Mobil versiya
DEM Partiyası-Öcalan görüşü reallaşdı
Tarix: 22-01-2025 | Saat: 17:50
Bölmə:Özəl | çapa göndər

DEM Partiyası-Öcalan görüşü reallaşdı

DEM Partiyası İmralı Heyətinin terrorçuların lideri Abdullah Öcalan ilə İmralı adasında görüşü başa çatıb. Görüş dörd saata yaxın davam edib.
DEM Partiyası ikinci İmralı toplantısı üçün bazar ertəsi Ədliyyə Nazirliyinə müraciət edib. Müraciətə müsbət cavab alan DEM Partiyasının heyəti bu gün yenidən İmralıya gedərək PKK lideri ilə görüşüb. Görüş təxminən 4 saat davam edib.

Görüş nümayəndə heyətinə İstanbul Millət vəkili Sırrı Süreyya Öndər və Van Millət vəkili Pervin Buldan daxil idi.

Partiyadan verilən açıqlamada DEM Partiyasının İmralı heyətinin bu gün yenidən İmralı adasına gedəcəyi və “Görüş heyətinin əvvəlki heyətlə eyni olduğu” bildirilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025