Mobil versiya
Nigeriyada bazara silahlı hücum: Çoxlu ölü
Tarix: 22-01-2025 | Saat: 08:57
Bölmə:Özəl | çapa göndər

Nigeriyada bazara silahlı hücum: Çoxlu ölü

Nigeriyanın şimal-şərqindəki Yobe əyalətində bazara silahlı hücum edilib. Hücum nəticəsində 7 mülki vətəndaş həyatını itirib.
Yobe əyalət polisinin sözçüsü Dungus Abdulkarim verdiyi yazılı açıqlamada əyalətin Nqalda bölgəsində bazara silahlı hücum olduğunu bildirib.
Hücum nəticəsində 7 mülki vətəndaşın həyatını itirdiyini, 11 mülki vətəndaşın isə yaralandığını bildirən Əbdülkərim, hücum edənlərin külli miqdarda pul və ərzaq məhsulları oğurladığına dair məlumatı paylaşıb.

Əbdülkərim qeyd edib ki, bölgəyə təhlükəsizlik qüvvələri göndərilib və hadisə ilə əlaqəsi olduğu iddia edilən bir şəxs saxlanılıb.

aia.az
Tərcümə şöbəsi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025