Ukraynada ABŞ-ın digər ölkələrə yardımını dayandırması çağırış adlandırılıb
Tarix: 21-01-2025 | Saat: 15:42
Bölmə:Özəl | çapa göndər
Amerika lideri Donald Trampın digər ölkələrə yardımı 90 gün müddətinə dayandırmaq qərarı Ukrayna üçün böyük problemdir. Bu fikri Ali Radanın deputatı Taras Tarasenko deyib.
Bundan əvvəl Ağ Ev məlumat vermişdi ki, Tramp ABŞ-ın xarici siyasət proqramlarının adekvatlığını qiymətləndirmək üçün digər ölkələrə inkişaf yardımının 90 gün müddətinə dayandırılması barədə fərman imzalayıb.
"Bizim üçün bu çağırış çox böyükdür, çünki 90 gündür ki, bu, Ukraynaya və bütün davam edən layihələrə şamil olunacaqmı, indi bir növ dayandırma olacaqmı?" - Tarasenko Ukraynanın “Novosti.LIVE” nəşrinə müsahibəsində deyib.Eyni zamanda, deputat hesab edir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin USAID və beynəlxalq QHT-nin IREX-in artıq fəaliyyətdə olan layihələri bu müddət üçün vəsaitlə təmin olunub.
Tarasenko qeyd edib ki, onlar əmin ediblər ki, məhz bu müddət üçün nəzərdə tutulmuş maliyyə vəsaiti var. Deputat bildirib ki, ötən il başlanmış sazişlər bundan sonra da qüvvədə olacaq.
Millət vəkili onu da bildirib ki, istənilən rəhbər vəzifəyə başlayan kimi auditlə məşğul olmalıdır. Bundan əlavə, Tarasenko ümid etdiyini bildirib ki, bu audit Ukrayna tərəfindən vəsaitlərdən səmərəli istifadəni nümayiş etdirəcək və ABŞ-ın dəstəyi davam edəcək.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-01-2025