Əfqanıstan və ABŞ arasında əsir mübadiləsi
Tarix: 21-01-2025 | Saat: 11:12
Bölmə:Özəl | çapa göndər
Əfqanıstan administrasiyası ölkədə saxlanılan ABŞ vətəndaşlarının müqabilində bir Əfqanıstan vətəndaşının azad edildiyini açıqlayıb.Əfqanıstanın müvəqqəti hökuməti Xarici İşlər Nazirliyinin X sosial media hesabından verdiyi açıqlamada iki ölkə arasında əsir mübadiləsi ilə bağlı bir müddətdir davam edən danışıqları “uzun və faydalı” adlandırıb.
Açıqlamada ABŞ-da saxlanılan Xan Məhəmməd adlı Əfqanıstan vətəndaşının Əfqanıstanda saxlanılan ABŞ vətəndaşlarının qarşılığında ölkəyə geri döndüyü bildirilib.
Açıqlamada ABŞ məhkəmələri tərəfindən ömürlük həbs cəzasına məhkum edilən Məhəmmədin cəzasını Kaliforniya ştatında çəkdiyi və bu şəxsin Əfqanıstana qayıtdığı bildirilib.
Vasitəçi ölkə Qətərə təşəkkür edilən açıqlamada Əfqanıstan rəhbərliyinin bu razılaşmanı problemlərin dialoq yolu ilə həlli nümunəsi kimi gördüyü qeyd edilib.
Bəyanatda ABŞ-ın razılaşmanı qəbul etməsinin müsbət qiymətləndirildiyi və bunun iki ölkə arasında münasibətlərin normallaşmasına və inkişafına kömək etdiyi vurğulanıb.
Əfqanıstandan azad edilən ABŞ vətəndaşlarının məlumatları ilə bağlı təfərrüat verilməyən açıqlamada Əfqanıstan vətəndaşı Məhəmmədin təxminən 20 il əvvəl Nangerhar əyalətində həbs edildiyi qeyd edilib.
CNN-in məlumatına görə, Əfqanıstanda məhbus mübadiləsi çərçivəsində saxlanılan ABŞ vətəndaşları Rayan Korbet və Uilyam MakKenti Xan Məhəmmədin qarşılığında bu gün səhər sərbəst buraxılaraq ölkəni tərk ediblər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-01-2025