Növbəti tarixi hadisə -Fotolar
Tarix: 15-01-2025 | Saat: 15:32
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gədəbəy rayonu Söyüdlü bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəlli görüşləri keçirilib.
Görüşlərdə giriş sözü ilə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev Yeni Azərbaycan Partiyasının daim bələdiyyələrin inkişafına öz töhfəsini verdiyini, seçkilərin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradıldığını bildirib.
Seçki qərargahının üzvü Pərviz Bayramov və bələdiyyə üzvlüyünə namizədlər Fərman Abdullayev, Əli Qasımov və başqaları Azərbaycan Respublikasında bələdiyyələrin hüquq və vəzifələrinin “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tənzimləndiyini deyiblər.
Məhəlli görüşlər zamanı seçicilər qeyd ediblər ki, bələdiyyə seçkilərində ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər