“Ağzını bağlamaq üçün özümə çəkib dodağından öpdüm” - FOTO
Tarix: 12-09-2017, 22:37 | Saat: 15:47:00
Bölmə:Şou-biznes, Manşet2 | çapa göndər

“Ağzını bağlamaq üçün özümə çəkib dodağından öpdüm” - FOTO








Aia.Az Eks-evli cütlük, rəqqasə-aktrisa Oksana Rəsulova və repçi Elşad Xosenin "qafqazinfo"ya müsahibəsini təqdim edir:

- Oksana, rəhbərlik etdiyiniz prodakşının ərsəyə gətirdiyi "Şər qarışan" filminin nəticələri ürəkaçan olmadı. Dram janrında olan filmə az baxıldı, daha sonra kinoteatrlardan yığışdırıldı. Siz yenidən dram janrında olan "Mələyin öpüşü"nü təqdim etmək istəyirsiz. Yeni bir uğursuzluqla üzləşəcəyinizdən qorxmursuz?

Oksana Rəsulova: "Şər qarışan" filmi dram olsa da, qorxu səhnələri daha çox idi. İnsanlar qorxdular. Öldürmə, kəsmə səhnələri daha çox idi.

Elşad Xose: Onun öz həyatı dramdır, ona görə də dram janrında filmlər daha çox çəkir.

Oksana Rəsulova: Onu deyim ki, yeni filmdə daha çox sevgi var, romantik hisslər var. Neçə illər əvvəl yaşadığım hisslər bu layihədə ekranlaşdırılıb. Bundan başqa, həmin filmin plagiat olması barədə çox danışırlar. Daha doğrusu, 3 filmə bənzədirlər. Amma belə deyil. Sujet xətti tamamilə fərqlidir.

- Elşad, "Oksananın həyatı dramdır" dediniz. Bir qədər bu cümlənin mənasını açıqlayardız.

Elşad Xose: Bizim səs-küylü ayrılığımızdan sonra hər kəs dəqiqəmizə kimi bizimlə maraqlanırdı. Yəni bunlar nə edir, hara gedir və s. Heyif ki, bunlar çox müzakirə olundu. Həmin şeyləri "Mələyin öpüşün"də görəcəksiz.

- Filmin büdcəsi nə qədərdir?

Oksana Rəsulova: Filmin büdcəsi qadının yaşı kimidir. Gizli qalsa, daha yaxşı olar.

Elşad Xose: Filmin büdcəsi dekabr ayında Milli Məclisdə müzakirə olunacaq (gülür).

- Filmin hekayəsi real həyata nə qədər uyğundur?

Oksana Rəsulova: Bəzi səhnələr var ki, real həyatdan götürülüb. Məsələn, bizim dava edən səhnələrimizi var, onlar realda da olurdu. Daha sonra sevgi səhnələri var ki, onlar da real həyatda olduğu kimi baş verib.

Elşad Xose: Onsuz da, kinoda nə varsa, həyatda da o var.

- Qeyd etdiz ki, mübahisə səhnələriniz real həyatdan götürülüb. Bəs çəkiliş zamanı yenə dava etdiz?

Elşad Xose: Problemlər olurdu, ancaq yüngül şəkildə. Çünki çəkilişdən qabaq görüşürdük, bu haqda danışırdıq. İş baxımından hər şey yaxşı qurulmuşdu. Rejissorla aramızda problemlər olub. Ciddi iş prosesində həmişə belə şeylər olur.

Oksana Rəsulova: Elşadla aramda ciddi bir problem heç vaxt olmayıb.

- Oksana, Elşadın rol alması barədə təklifi siz vermişdiz?

Oksana Rəsulova: Yox, Nərgiz Qasımova bizi yuxuda görmüşdü. Sadəcə olaraq, o, əlil arabasında Elşadı yox, məni görmüşdü. Biz bir yerdə iş görməyimiz barədə çoxdan razılığa gəlmişdik. Bu yuxu bizə təkan oldu.

- Yuxunu dəyişdirməyə sizi nə vadar etdi?

Oksana Rəsulova: Düşündük ki, belə daha maraqlı olacaq. Oğlan olmağın çox problemləri var.

- Filmin PR işləri yaz aylarından etibarən başladı. Bir araya gəlməyinizin filmə müsbət təsir edəcəyinizi düşünmüşdüz? Bu da PR-ın bir növü hesab edilə bilər.

Elşad Xose: Ola bilər. Necə deyərlər, Oksana və mən şəxsi həyatımız haqqında danışmırdıq. Amma mətbuat bu məsələyə çox girişdi, biz isə susduq. Uzun müddət baş verən susqunluqdan sonra belə bir layihə ilə ortaya çıxmağımız maraqlı olardı. Tamaşaçı bizim həyatımızda olan sevgimizi müqayisə edəcək.Yaxşı ki, real həyatla bağlı çox məqamlar var.

- Elşad, filmdə Oksana olmasaydı, başqası ilə çəkilərdiz?

Elşad Xose: Siz öpüşə görə deyirsiz?

- Ümumiyətlə...

Elşad Xose: Aktyorluğa meylin varsa, bu aləmə can atırsansa rolu ifa etməlisən. Ancaq öpüş və başqa şəxsi məqamlar olmasa, niyə də olmasın? Filmdə maksimum öpüş səhnələri var, başqa heç nə. Hirsimizdən, ağzını bağlamaq üçün özümə çəkib dodağından öpdüm, 5 ay onun haqqında danışırlar.

Oksana Rəsulova: Mənə başqa insanlarla bu səhnələrdə çəkilmək barədə təklif gəlsəydi imtina edərdim. Səni bilmirəm, Elşad...

- Elşad, həddindən artıq çəki atmısız. Bunun səbəbi nədir? Səhhətinizlə bağlıdır?

Elşad Xose: Yox, yay ayları oldu, arıqladım. Həmçinin, bir layihə var, onun üçün çəki atdım. Görürsüz, bura saqqalımı da kəsdirib gəlmişəm.

- Oksana belə bir şərt qoydu ki, konfransda saqqalsız iştirak edəsən?

- Xeyr, müəyyən suallar meydana çıxacaqdı. Onun üçün belə bir addım atdım.

- Oksana, biz sizi necə təqdim edək? Rəqqasə, aktrisa, yoxsa prodüser? Artıq rəqqasəlik peşəsi ilə vidalaşırsız?

Oksana Rəsulova : Yox, peşəmlə vidalaşmamışam. Hind rəqsləri məni bu peşəyə yönlədirib. Yəqin ki, bilirsiz həmin ölkənin rəqslərində aktyorluq var. Mənim məktəbim fəaliyyət göstərir, heç vaxt hind rəqslərinə xəyanət etmərəm.

- Siz boşandıqdan sonra dost kimi həyata davam etdiz. Bunu əksər şou əhli və sadə insanlar bacarmır. Tövsiyələriniz nə olardı?

Oksana Rəsulova: Elşad, birinci sən tövsiyə et.

Elşad Xose: Mən bilmirəm!

Oksana Rəsulova: Hər kəs fərqli bir şeyə görə ayrılır. İnsanların öz problemi var. Xəyanət üstündə ayrıla bilərlər. Buna görə onlara barışmaqları barədə tövsiyə verə bilmərik. Bizdə düşmənliyə çevirəcək bir problem olmadı. Çünki biz bir yerdə olduğumuz zaman yox, bundan sonrakı mərhələdə problemlər meydana çıxdı. Hər kəsə səbr arzu edirəm. İnsan xoşbəxtliyə layiqdirsə, qarşısına çıxacaq.

- 5 ildir ki, eyni şey müzakirə olunur. Elşadla Oksana rəsmi olaraq boşanıb? Çünki hələ də sizin evli qaldığınız, lakin ayrı yaşadığınız deyilir.

Elşad Xose: Dostum, 5 ilin söhbətinə qayıtmayaq. Edirsə edir, etmirsə etmir. Çünki bizim aramız belə şeylərə görə pozuldu. Mən gələcəkdə mahnı yazsam, maşın vurub ölsəm də qırxıma gəlib deyəcəklər :"Qaqaş, siz Oksana ilə bir yerdəsiz?" İnanın, bu söhbətlərdən sonra mediadan, TV-dən uzaqlaşdım. Media nümayəndələri öz işlərini görə-görə bizim həyatımızı bu günə qoydular. İstəmirəm ki, eyni hallar yaşansın!

aia.az



593 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930