Azərbaycan və Aİ arasında viza rejimi ləğv oluna bilər
Tarix: 2-12-2016, 11:57 | Saat: 15:47:00
Bölmə:Manşet | çapa göndər

Azərbaycan və Aİ arasında viza rejimi ləğv oluna bilər

Avropa İttifaqı (Aİ) ilə viza rejiminin sadələşdirilməsi barədə sazişin uğurla icra olunmasından sonra Azərbaycan Avropa ilə viza prosedurunun tamamilə aradan qaldırılması üçün fəaliyyət planı tələb edəcək.

Bunu Trend-ə Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib: "Azərbaycan və Aİ viza rejiminin sadələşdirilməsi və readmissiya barədə iki saziş imzalayıb. Mənə məlum olduğu qədər Azərbaycan tərəfindən ciddi qayda pozuntusu qeydə alınmayıb. Ölkəmizdən Avropaya gedən miqrantların sayı azdır. Əgər hər şey yaxşı davam etsə, Aİ və Azərbaycan arasında vizasız rejimin icra olunmasının növbəti mərhələsi başlayacaq. Prosedur belədir: əvvəlcə viza rejimi sadələşdirilir, sonra tamamilə aradan qalxır".

Nazir müavini qeyd edib ki, hazırda Azərbaycanla Aİ arasında vizasız rejim yalnız diplomatik pasport sahiblərinə şamil olunur.шаблоны для dle 11.2



5407 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2018
14-11-2018
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
{sape_links}{sape_article}