Qarpızın qiyməti düşəcək - SƏBƏB
Tarix: 19-07-2018, 10:17 | Saat: 15:47:00
Bölmə:Manşet, Ölkə | çapa göndər

Qarpızın qiyməti düşəcək - SƏBƏB


Son günlər mövsümün ən çox tələb olunan bostan bitkisi qarpızın qiyməti ucuzlaşmaq əvəzinə bahalaşır… Ötən ilin anoloji dövründə kiloqramı 20-25 qəpiyə təklif edilən qarpız bu il 50-60 qəpiyədir. Satıcılar isə alıcılara qarpız-yemiş mövsümünün tez sovulacağı, qiymətinin kəskin bahalaşacağı haqda məlumat verirlər.


Kənd təsərrüfatı üzrə araşdırmaşı jurnalist Nicat Nəsirli Modern.az-a deyib ki, hazırda sahələrdə qarpızın 1 kiloqramı 45-55 qəpiyə satılır:


“Topdansatış yerlərində diametrindən asılı olaraq 50-65 qəpikdir.
Amma bu müvəqqəti gərginlikdir. Hazırda satışda olan məhsul örtükaltında (istixana kimi başa düşün) yetişdirilib, təxminən bir həftədən sonra açıq sahələrdəki qarpız yetişəcək.

Açıq sahədə qarpız kütləvi yetişdiyi üçün iyulun sonu-avqustun əvvələri qiymətlərin sabitləşməsini görəcəyik”.


O, bildirib ki, bu gün satışda olan məhsulun böyük əksəriyyəti Salyandan gətirilir:


“Məncə, qarpız həvəskarları iştahlarını avqusta saxlasınlar. Əslində, qarpızın təbii yolla yetişmə dövrü avqust ayıdır”.


N.Nəsirli qarpız sevərlərdən məsləhətlərini də əsirgəməyib:


“1.Qarpızın kəsilərək alınması məsləhət deyil. Çünki istifadə olunan bıçaq sanitariya-gigiyena qaydalarına uyğun təmizlənmir.
2. Qarpız öz mövsümündə - avqustdan sentyabrın ortalarına kimi yeyilməlidir. Dərmanla yetişmiş məhsul nişasta qoxusu verir, diqqət edin”.

aia.az



583 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
18-10-2018
17-10-2018
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031