Mobil versiya
Sabiq rəisin məhkəmə istintaqı yekunlaşır
Tarix: 17-04-2024 | Saat: 20:36
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Sabiq rəisin məhkəmə istintaqı yekunlaşır

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

aia.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə baxılan iş üzrə artıq bütün şahidlər dindirilib.

Növbəti proses mayın 8-nə təyin olunub.

Xatırladaq ki, iki il əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib.

İstintaqın gedişində içlərində general-mayor Nizami Məmmədov da olmaqla bir sıra zabit cinayət məsuliyyətinə cəlb edilib. Bütün təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024