Ana Sayfa > Karusel / Parlament > Sabiq rəisin məhkəmə istintaqı yekunlaşır
Sabiq rəisin məhkəmə istintaqı yekunlaşır17-04-2024, 20:36. Yazar: sevinc1 |
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir. aia.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə baxılan iş üzrə artıq bütün şahidlər dindirilib. Növbəti proses mayın 8-nə təyin olunub. Xatırladaq ki, iki il əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. İstintaqın gedişində içlərində general-mayor Nizami Məmmədov da olmaqla bir sıra zabit cinayət məsuliyyətinə cəlb edilib. Bütün təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Geri dön |