Mobil versiya
Həkim - tibb sahəsində yüksək səviyyədə elm və bacarığa malik insan -Fotolar
Tarix: 09-04-2024 | Saat: 16:41
Bölmə:Özəl / Səhiyyə | çapa göndər

Həkim - tibb sahəsində yüksək səviyyədə  elm və bacarığa malik insan

Həkim çətin anlarda insanların yanında olan və köməyə ehtiyacı olan xəstəni özündən əvvəl düşünən onlar üçün hərəkət edən insandır. Tarixdə həmişə öz yeri olan və hamımız üçün dəyərli olan həkimlik peşəsi çox məsuliyyətli və zəhmət tələb edən bir peşədir. Yəni, insan həyatı sənə etibar edilir, gərək sən də bu etibarı layiqincə doğrulda biləsən. Düzdür, universitetdə, akademiyada hər şeyi öyrədirlər, insan bədənini qarşına qoyurlar və onun incəliklərini anlatmağa başlayırlar. Ancaq bir həkim üçün bunlardan ən çox vacib olan xəstələrlə münasibət zamanı qazandığı təcrübədir. Həkim təcrübə keçdiyi zaman daha yaxşı öyrənir. Belə ki, bir insanı dinləmək, onun sağlamlığında yaranmış xəstəlikləri araşdırmaq, dəqiq diaqnoz qoymaq həqiqətən çətindir. Bəzi həkimlər də var ki, onlar heç xəstəni dinləmək bacarığına da malik deyillər. Belə bir məsuliyyətsiz həkim yanaşması isə, insanların həyatında böyük problemlər yaradır və sağlamlığına böyük zərbə vurur. Elə buna görə də müəyyən vaxt keçdikdən sonra bu tipli həkimlər səhiyyədən uzaqlaşır, ya da qanun qarşısında məsuliyyətə cəlb olunurlar.
Bir xəstəni sağaltmaq, onu yenidən həyata qaytarmaqdan gözəl nə ola bilər ki?!
Həkimlik sənəti həqiqətən, şərəfli bir peşədir. Bu peşəni layiqincə yerinə yetirən gənc həkimlərimizdən biri də Günel xanım Əsədovadır. Günel xanım hər bir xəstəsinə hörmətlə yanaşan səbr və təmkinlə axıra qədər dinləyən bir həkimdir. Sənəti çətin və gərgin olmağına baxmayaraq, müalicəyə gələn hər bir xəstəsi qəbulunda olduğu zaman, üzündəki təbəssümü heç bir zaman əsirgəmir. Nahar vaxtı belə, özünü düşünmədən vaxtının çox hissəsini xəstələrinə ayırır. Bununla belə, müalicədən sonra müsbət nəticələr alaraq, sağlamlığına qovuşan xəstələr Günel xanıma təşəkkür etmək üçün qəbuluna gəlirlər. Bir insan üçün həyatda can sağlığından önəmli məncə, heçnə ola bilməz. Günel xanım Əsədova təcrübəli bir həkim olaraq, hər zaman xəstələrinə məsuliyyətlə yanaşaraq müalicə edir. Günel xanım öz xidmətində tərifi sevməz, onun üçün xəstələrinin müalicədən sonra alınan müsbət nəticə, həkim peşəsinin ən böyük tərifə layiq uğurudur.
Əsədova Günel Arif qızı 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyində bitirmişdir. 2006-2012 –ci ildə Azərbaycan Tibb Universiteti müalicə profilaktika fakültəsini, 2012-2017-ci illərdə isə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda rezidenturanı bitirmişdir. Günel xanım hal-hazırda 2017-ci ildən Respublika Klinik Xəstəxanasında, sinir şöbəsində həkim kimi və əlavə olaraq, Elektroensefaloqramma (EEQ) aparatını mükəmməl bildiyi üçün xəstələri müayinə edir. Sözümüzün sonunda peşə xidmətində təcrübəli bir gənc həkim kimi, bu yolda insanlara şərəflə xidmət göstərib, böyük sevgi qazanan, Günel xanım Əsədovaya həyatda can sağlığı sevib-seçdiyi həkimlik peşəsində hər zaman uğurlar arzulayırıq.

Afət İlkin











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024