Mobil versiya
Laçın İcra Hakimiyyəti Bakı, Sumqayıt və Abşeronda 200 aztəminatlı köçkün ailəyə yardım göstərdi -FOTOLAR
Tarix: 09-04-2020 | Saat: 15:18
Bölmə:Manşet / Ölkə | çapa göndər

Laçın İcra Hakimiyyəti Bakı, Sumqayıt və Abşeronda  200 aztəminatlı köçkün ailəyə yardım göstərdi -FOTOLAR


Laçınlı aztəminatlı ailələrə yardımların çatdırılması davam etdirilir. Bu haqda Laçın Rayon İcra Hakimiyyəti aparatından məlumat verilib.

Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə koronavirus (“COVID-19”) infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Laçın Rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.
Bununla yanaşı, xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxmaları qadağan olunan ahılyaşlı insanların sosial təcridinin gücləndirilməsi, bu yaş qrupuna aid olan sakinlərin virusa yoluxmadan mühafizəsini təşkil etmək məqsədilə Laçın Rayon İcra Hakimiyyəti tərəfindən yaşı 65-dən yuxarı olan tənha, kimsəsiz, şəhid, əlil və aztəminatlı ailələrə zəruri yardımlar göstərilir.
Belə ki, həmin tədbirlərin davamı olaraq, 2020-ci il 9 aprel tarixdə Laçın Rayon İcra Hakimiyyəti tərəfindən növbəti ərzaq yardımları və gigiyenik vasitələr Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşan, yaşı 65-dən yuxarı olan laçınlı tənha, əlil, kimsəsiz, şəhid və aztəminatlı ailələrə fərdi qaydada çatdırılmışdır. Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və könüllülərlə birgə keçirilən xeyriyyə aksiyası zamanı gün ərzində 200 ailəyə yaşadıqları ünvanlarda ərzaq bağlamaları və gigiyenik vasitələr paylanılmış, onlara özlərinin və yaxınlarının sağlamlığı üçün xüsusi karantin rejiminin qaydalarına riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları tövsiyə edilmişdir.
Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və 1-ci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.






AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024