Mobil versiya
Oqtay Əsədov: "Ölkəmiz həmişə ABŞ-ın dəstəyini hiss edib"
Tarix: 15-11-2019 | Saat: 19:09
Bölmə:Siyasət | çapa göndər

Oqtay Əsədov:


Milli Məclisin (MM) Sədri Oqtay Əsədov ABŞ-ın Montana Ştatı Senatının Sədri Raymond Skot Seylsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisdən Azvision.az -a verilən məlumata görə, Spiker qonaqların Dünya dini liderlərinin II Bakı Sammitində iştirakını yüksək dəyərləndirib.

Spiker bildirib ki, dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilmiş Azərbaycan tolerant bir ölkə kimi tanınır. O qeyd edib ki, səfər müddətində qonaqların ölkəmizin tarixi, iqtisadiyyatı, mədəniyyəti, multikulturalizm mühiti, uğurlu neft strategiyası, regionda həyata keçirilən böyük strateji layihələr, ölkəmizin üzləşdiyi çətinliklər və qonşu Ermənistanın silahlı qüvvələri tərəfdən torpaqlarımızın 20 faizinin işğal edilməsi barədə əldə edəcəkləri məlumatlar Azərbaycan barədə biliklərının daha da zənginləşməsinə töhfə verəcək.

O.Əsədov vurğulayıb ki, Azərbaycan təkcə Federal səviyyədə deyil, ABŞ-ın ştatları ilə də münasibətlərin inkişafına böyük maraq göstərir: "Biz əməkdaşlığımızın bu formatını gələcəkdə də dərinləşdirmək niyyətindəyik. Hesab edirik ki, bu səfəriniz təmsil etdiyiniz ştatlarla Azərbaycan arasında əlaqələrin genişlənməsinə təkan verəcək".

Azərbaycan-ABŞ münasibətlərinin dərin tarixi kökləri olduğunu vurğulayan O.Əsədov deyib ki, bu münasibətlər hələ XX əsrin əvvəllərindən inkişaf etməkdədir: "Bu gün Azərbaycanla ABŞ arasında münasibətlər öz dinamikliyi ilə fərqlənir. ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Diplomatik münasibətlərimizin 28 illik tarixi vardır. O zamandan bəri ölkəmiz arasında əlaqələr daim inkişaf edir və genişlənir. Bunu qarşılıqlı olaraq həyata keçirilən səfərlərin sayına nəzər saldıqda da görmək olar. Ümumiyyətlə, son illər ABŞ-dan ölkəmizə müxtəlif səviyyələrdə səfərlərin həyata keçirilməsi ənənəvi hal alıb.

Spiker qeyd edib ki, ölkələr arasında mövcud olan fəal siyasi dialoq iqtisadi sahəyə də öz təsirini göstərir: "Bu günədək ABŞ şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 14 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb. Ölkəmiz qlobal neft və qaz layihələrinin reallaşmasında həmişə ABŞ-ın dəstəyini hiss edib. Biz ABŞ-la mədəni-humanitar əlaqələrimizi də inkişaf etdirməkdə maraqlıyıq.

Parlament diplomatiyasının önəmini vurğulayan O.Əsədov Milli Məclisdə və ABŞ Konqresində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib, hər iki ölkənin qanunverici orqanları arasında uğurlu əməkdaşlıqdan, qarşılıqlı səfərlərin əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycan ABŞ ştatlarının qanunverici orqanları ilə əlaqələrin dərinləşməsini vacib hesab edir.

Dağlıq Qarabağ münaqişəsindən söz açan Spiker Azərbaycanın problemin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu vurğulayıb. Qeyd edib ki, ATƏT-nin Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ problemin çözülməsinə öz tövhəsini verə bilər. Spiker ABŞ-ın 20-dən çox Ştatının Xocalı soyqırımına münasibət bildirdiyini qeyd edərək, digər ştatlar tərəfdən də müvafiq addımların atılacağına inamını ifadə edib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Raymond Skot Seyls səfər çərçivəsində keçirdikləri görüşlərdən və xalqımızın qonaqpərvərliyindən məmnun qaldıqlarını deyib. Qeyd edib ki, səfərdə iştirak edən nümayəndə heyətinin tərkibində ABŞ-ın 4 Ştatının nümayəndəsi təmsil olunub. Qonaq vurğulayıb ki, səfər Azərbaycanın mədəniyyəti, tarixi, keçdiyi inkişaf yolu, qarşılaşdığı problemlərlə yaxından tanış olmaq üçün yaxşı imkanlar yaradır.

Montana Ştatı Senatının Sədri Milli Məclislə təmsil etdiyi ölkənin Ştatlarının qanunverici orqanları arasında əməkdaşlığın genişləndirməsini önəmli hesab edib. Bildirib ki, təkcə Federal deyil Ştatlar səviyyəsində də Cənubi Qafqazın bu bölgəsi ilə müxtəlif sahələrində əməkdaşlığın inkişafına böyük maraq var.

Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024